Beynəlxalq münasibətlər ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı

Bu ixtisas üzrə doktorantura tədrisi doktorantların (dissertantların) istər istehsalçı, istərsə də istehlakçı kimi tədqiqatlarla yaxından məşğul olaraq, beynəlxalq münasibətlər ixtisasının dərinliklərinə yiyələnməsinə imkanı verir. Bu proqrama qəbul edilən doktorantların (dissertantların) beynəlxalq münasibətlər ixtisası üzrə mütləq şəkildə tam magistr dərəcəsi olmalı və ya ümumi olaraq Siyasi elmlər sahəsində magistr dərəcəsinə sahib olmalıdır. Proqramın ilk ili keyfiyyət və kəmiyyət araşdırma üsullarından, habelə substantiv alt bölmələrdən ibarətdir. Bu kimi işlər, belə ki, ixtisasa uyğun doktorantura seminarı, akademik seminarlarda iştirak və doktorluq işi ilə əlaqəli görüşlər, elmi rəhbər ilə birgə olaraq hazırlanan kurs işləri doktorantların(dissertantların) dissertasiya hədəflərinə çatmasına, sonra isə tədqiqat işində köməklik göstərir və dissertasiya işinin növbəti bir neçə il ərzində yazılması imkanını yaradır. Doktorantlar(dissertantlar) elmi rəhbərlərlə sıx əlaqəli şəkildə işləyir; onların bir sıra layihələrdə işləmək və tədqiqatlarını geniş miqyaslı beynəlxalq konfranslarda təqdim etmək imkanları olur.

Beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi beynəlxalq əlaqələr tədqiqatları arasında ən yüksək bir dərəcədir. Doktorantura tədrisinin əsas məqsədi doktoranta(dissertanta) doktorluq səviyyəsində beynəlxalq əlaqələr üzrə aparılan tədqiqatlar bütün aspektlərində dərin biliklər verməkdir. Bu ixtisas üzrə təhsil alan doktorantlar (dissertantlar) beynəlxalq münasibətlər üzrə problemlərin araşdırılmasında maraqlıdırlar və eyni zamanda yüksək səviyyədə müstəqil tədqiqat aparmaq iqtidarındadırlar. Bu proqrama daxil olan doktorantlar (dissertantlar) həmçinin tədris müəssisələrində müəllim olaraq işləməyi planlaşdırır və bununla da öz araşdırma bacarıqlarını biznes, hökumət və ya qeyri-hökumət təşkilatları (QHT) çərçivəsində istifadə edirlər.

Dissertasiya işi

Hər bir namizədin sahəyə dair yeni bir ideya və fikir gətirəcək, eyni zamanda bu sahənin maraqlarını özündə birləşdirən dissertasiya işini yazması tələb olunur. Bu işdə istifadə olunacaq araşdırma üsulu doktorantın araşdırma üsulları kursundan seçdiyi metod olaraq tələbə tərəfindən qərarlaşdırılır.

Beynəlxalq münasibətlər üzrə doktorantura proqramı namizədlərə qlobal sistemdə baş verən siyasi və sosial dəyişiklikləri, habelə Azərbaycan Respublikasının xarici və daxili siyasətini, eyni zamanda regionda baş verən siyasi məsələləri və inkişaf prosesini nəzəri, analitik və tənqidi olaraq qiymətləndirmə imkanı və bacarıqları verir. Proqram doktorantlara (dissertantlara) vacib nəzəri və abstrakt bilik və bacarıqlar verir və sonra namizədlər mütəxəssis proqramın fərqli sahələri üzrə öz dissertasiya işlərini yazmaq və müdafiə etmək üçün uğurlu fəlsəfə doktoru namizədlərinə çevrilirlər.

Bizim doktorluq proqramımız sizi aşağıdakılarla təmin edəcək:

  • Ali təhsildə karyera üçün hazırlıq
  • Məhsuldar tədqiqat üçün vasitələr
  • Özəl və ictimai xidmət sahələrində effektiv şəkildə işləmək üçün lazım olan bilik və bacarıqlar