Dünya ədəbiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı

Dünya ədəbiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı

Universitetin İdarə Şurası xüsusi doktorantura proqramını təklif və ya təqdim etmir, amma, ərizəçilərə öz şəxsi seçimlərinə əsasən tədqiqat layihələrini təqdim etmə imkanı verir.

Dünya ədəbiyyatı üzrə doktorantura proqramının doktorantları (dissertantları) öz sahələrində tədqiqat apara biləcək yüksək ixtisaslı kadrlardır . Onlar seçilmiş Dünya ədəbiyyatını təhlil edə bilir, eyni zamanda sinxron və diaxronik metodlardan istifadə etməklə tədqiqat prosedurlarını daha da inkişaf etdirmək səriştəsinə malikdir. Eləcə də onlar ümumi ədəbiyyat nəzəriyyəsi, seçilmiş German dilləri sahəsi üzrə xüsusi bacarıq və dərin biliklərə sahib olurlar. Məzunlar akademik sahədə işləmək üçün peşəkar kadrlardır (universitet, tədqiqat mərkəzləri və sair); onlar sahib olduqları bilik və bacarıqları üzrə və eyni zamanda Akademiya, Universitet və kolleclərdə işləmək səlahətini və tədqiqatlarını davam etdirmək imkanları qazanırlar.

Proqramın məqsədləri:

  •  Dünya ədəbiyyatı üzrə metodoloji və praktik məsələlərlə məşğul ola biləcək yüksək ixtisaslı ekspertlərin hazırlanması.
  •  Qərb Universitetində tədqiqat/tədris qruplarının cari strukturunun inkişaf etdirilməsi və mövcud müəllimlərə ixtisas artırma kurslarına dair imkanların təqdim edilməsi.