Daxili fiskal siyasət və dövlət maliyyəsi

Daxili fiskal siyasət və dövlət maliyyəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı - maliyyə sahəsində müstəqil tədqiqat aparmaları üçün dünyanın yüksək bacarıqlara malik magistraturanı bitirmiş tələbələrə ali səviyyədə doktorantura tədrisi təklif edilir. Doktorantlar(dissertantlar) sahəni əhatə edən nəzəri və metodik əsaslara dair dərin biliklərə yiyələnməklə yanaşı müasir maliyyə və maliyyə sahəsinə aid standartlarda mütəxəssis-alim bacarıqlarına sahiblənirlər ki, bu da onlara başqalarının elmə verdikləri töhvələri anlamaq və sərbəst şəkildə növbəti pillədə də müstəqil elmi işlər görmək imkanı verir.

Daxili fiskal siyasət və dövlət maliyyəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı əsas olaraq Azərbaycanda və ya xaricdə, məsələn, (gələcəkdə) universitet və başqa araşdırma müəssisələrinin akademik heyətində yer almaq üçün tələb olunan ixtisasları qazanmaq istəyən doktorantlar(dissertantlar) üçün nəzərdə tutulub.