German dilləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı

5708.01- German dilləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı

Proqramın İdarə Şurası xüsusi doktorantura proqramını təklif və ya təqdim etmir, amma, ərizəçilərə öz şəxsi seçimlərinə əsasən tədqiqat layihələrini təqdim etmə imkanı verir.

German dilləri üzrə doktorantura proqramının doktorantları (dissertantları) öz sahələrində tədqiqat apara biləcək yüksək ixtisaslı kadrlardır (bir və ya bir neçə German dilli sahə). Onlar seçilmiş German dili ədəbiyyatını təhlil edə bilir, eyni zamanda sinxron və diaxronik metodlardan istifadə etməklə tədqiqat prosedurlarını daha da gücləndirmək iqtidarındadırlar. Bundan başqa onlar ümumi ədəbiyyat nəzəriyyəsi, seçilmiş German dilləri sahəsi üzrə xüsusi bacarıq və dərin biliklərə sahib olurlar. Məzunlar akademik sahədə işləmək üçün keyfiyyətli kadrlardır (universitet, tədqiqat mərkəzləri və sair); sahib olduqları dil bacarıqları və eyni zamanda geniş miqyaslı təhsilləri onların mədəni müəssisələr, media, diplomatiya və başqa sahələrdə işləməsinə imkan verir.

Proqramın məqsədləri:

· Sinxronik və diaxronik dilçilikdə metodoloji və praktik məsələlərlə məşğul olacaq dilçilik üzrə yüksək ixtisaslı ekspertlərin yetişdirilməsi.

· Qərb Universitetində tədqiqat/tədris qruplarının cari strukturunun inkişaf etdirilməsi və mövcud müəllimlərə ixtisas artırma kurslarına dair imkanların təqdim edilməsi.