Uğurlu karyeranın təməli!

Xoş gəlmişsiniz

İrqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq Universitet dünyanın hər bir yerindən tələbələri qəbul edir. Hal-hazırda Universitetin beynəlxalq birliyinə Turkiyə, Albaniya, Portuqaliya, Gürcüstan, İran, Nepal və Rusiyadan tələbələr daxildir. Bizim qarışıq mədəniyyətli cəmiyyətimiz təhsil və tədris üçün əlverişli mühit yaradır.

Sürətli inkişafda olan dünyanın tələbləri ilə ayaqlaşa bilmək üçün Qərb Universiteti tələbələrinə lazımi bilik və bacarıqlar əldə etmə imkanları yaradır.

Tələbələr əsas və günün tələbi olan fənnləri yerli və xarici müəllimlər tərəfindən öyrənmə imkanı qazanacaqlar. Qabaqcıl kurslarımız tələbələri müasir bilik və bacarıqlarla təmin edəcək ki, bu da gələcəkdə iş axtarışında onlara böyük perspektivlər yaradacaq.

Hər il Qərb Universitetində yerli mütəxəssislərlə yanaşı ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Niderland və digər ölkələrdən olan mütəxəssislər də mühazirələr oxuyur. Maraqlanan tələbələri fərqli mədəniyyət, tarix və ənənələrə cəlb etmək, eləcə də Azərbaycan dilini öyrənmək üçün xüsusi imkanlar yaradırıq. 

Azərbaycan iki müxtəlif və bir-birinə əks olan Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşən ölkədir. Və bu da Qərb Universitetində təhsil alan hər bir kəsə Qərb standartlarına uyğun təhsil almaqla yanaşı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu maraqlı mühitdən zövq almaq imkanı verir.

Biz böyük həvəslə Sizi Qərb Universitetində gözləyirik!