Uğurlu karyeranın təməli!

Qonaqlar üçün məlumat

Xəzər dənizinin sol sahilində, Abşeron yarımadasında yerləşən Bakı şəhəri Azərbaycanın paytaxtı olmaqla yanaşı, onun ən böyük, parlaq, kosmopolit şəhərlərindən biri sayılır.

"Xəzər dənizinin qərb sahili”, "Abşeronun cənubu”, "Zaqafqaziyanın şərqi” kimi tanınan sadə coğrafi adlardan inkişaf edərək 2 milyondan çox əhalisi olan mürəkkəb, çoxtərəfli, unikal, kontraslarla dolu olan meqapolisə çevrilmişdi.

Bakı Xəzər dənizinin ən böyük dəniz limanı və vaxtilə əfsanəvi "Böyük İpək Yolu”nun keçdiyi qədim şəhərdir.

O, eyni zamanda, Azərbaycanın ən böyük təhsil ocağı və elm mərkəzidir.

Bakı öz unikal coğrafi mövqeyi və fərqli memarlığı, poeziya və musiqi mədəniyyəti və ən əsası insanları ilə heyran qoyduğu şoxsaylı turist axınını qarşılamaqdan hər zaman məmnunluq duyur.

Turistlər burada hər zaman şəhərin küçə və bulvarları, orta əsr şəhər qala divarları, dünyada məşhur ən qədim neft məskənindəki neft buruqları ilə onları böyük məmnuniyyətlə tanış etməyə hazır olan dostlar tapacaqlarından əmindirlər. Onlara Azərbaycanda məşhur olan klassik muğam və milli mətbəxin ən gözəl nümunələri təqdim olunacaq. Qobustandakı qədim qayaüstü rəsmlərlə və ya bu qədimiliyə təzad təşkil edən müasir dəniz neft platformaları ilə tanış olacaqlar ki, bunlar çox sayda füsunkar yerlərdən yalnız bir neçəsidir.