Görməli yerlər

Bakıda yerləşən çoxsaylı teatr, konsert zalları, muzey və sərgi salonları tələbələrə qaynar mədəni həyat yaşamaq imkanı yaradır. Azərbaycan Tarixi Muzeyi, İncəsənət Muzeyi, Xalça Muzeyi, Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Milli İncəsənət Muzeyi və başqaları ən çox gedilən yerlər arasındadır.

 

Azərbaycan Dövlət Opera və Balet Teatrı, Akademik Milli Dram Teatrı, Dövlət Mahnı Teatrı, Dövlət Simfonik Orkestrı, Musiqili Komediya Teatrı teatr və musiqi həvəskarları üçün daim zəngin repertuar təqdim edir. Kino həvəskarları üçün müasir kino mərkəzləri olan "Azərbaycan” və "Nizami” kinoteatrları fəaliyyət göstərməkdədir. Şəhərin mərkəzində yerləşən Caz Klubda isə istirahət edərək xoş vaxt keçirmək olar.

 

Şəhərin mərkəzində çox sayda restoranlar fəaliyyət göstərir ki, bu da ən az bir ay boyunca şəhərdən kənara çıxmadan hər gecə müxtəlif çeşidli milli mətbəx çeşidlərini dadmaq imkanı verir.

Həmçinin şəhərin müasir yaşayış əraziləri, yaşıl bağ və parkları, eləcə də Bakı əhalisinin qüruru sayılan Sahil (dənizkənarı) Parkı digərlərindən heç də az təəssürat doğurmur. Bakı memarlığı Avropa və Şərq üslublarının möhtəşəm qarışığıdır. Bakının ən qədim məşhur abidələri - Qala Divarları və Qız Qalasını əhatə edən Qədim Bakının yadigarı İşərişəhər Qalası şəhərin simvoludur.

 

Atəşgah Yanardağ Məbədi (18-ci əsr) də Bakıda yerləşir. 18-ci əsrin əvvəllərində Bakıda hind koloniyasının memar və ustaları tərəfindən tikilən bu məbəd təbii qazın çıxdığı "əbədi od”u ilə məşhurdur. Hal-hazırda məbəd muzeyə çevrilmiş və ziyarətçilərə keçmişdə ibadətgah olmuş bu odun tarixi haqqında məlumat verir.

 

Şəkillər "Baku Media Center"-ə məxsusdur.