Uğurlu karyeranın təməli!

Hava

Bakının yerləşdiyi Abşeron yarımadası yüksək orta illik temperatura və az yağıntıya malik ərazidir. Bakıda havanın orta illik temperaturu 14,4 dərəcə təşkil edir. Aydın, az buludlu günlərin sayına görə Abşeron Qafqazda birinci, yağıntının miqdarına görə isə sonuncu yeri tutur.

Bakının iqlimi Aralıq dəniz tipli quru və subtropikdir. Mayın əvvəlindən başlayıb Sentyabr ayının ortalarına kimi davam edən uzun yay quru və isti keçir. Ən isti vaxtlarda – iyul və avqust aylarında gündəlik orta temperatur 26 dərəcə təşkil edir. Payızda yayın istisi səngiyir və yerini quru, mülayim, xoş hava əvəz edir. Bakıda qış mülayim keçir, belə ki, yanvar ayında orta temperatur 3-5 dərəcə olur. Qış adətən qar və şaxtasız keçən az günəşli günlərdən ibarətdir. Buna baxmayaraq güclü şimal küləyi, bəzən hətta havada kiçik damlalarla müşahidə olunur və bu küləklər Bakının ən vacib elementidir.