Uğurlu karyeranın təməli!

Beynəlxalq Mərkəz

Haqqımızda

Beynəlxalq Əlaqələr Şöbəsi Universitetin beynəlxalq fəaliyyətini formalaşdırmaq və inkişafını tənzimləmək məqsədilə 1991-ci ildə yaradılmışdır. Qarşımızda aşağıdakı hədəflər durur:

- Qərb Universitetinin təhsil keyfiyyətinin təkmilləşdirilməsi

- Bolonya sistemi standartlarına uyğun olaraq kursların keyfiyyət və müqayisəliliyini təmin etmək

- Beynəlxalq standartlara uyğun olaraq tədris planının təkmilləşdirilməsi

- Proqramın təlim metodikasının və tədris keyfiyyətinin artırılması.

Beynəlxalq əlaqələr şöbəsi Qərb Universitetinin strateji fəaliyyətinin həyata keçirilməsində birbaşa məsuliyyət daşıyır. Universitetin bütün beynəlxalq fəaliyyəti bu şöbə tərəfindən nizamlanır. Beynəlxalq əlaqələr şöbəsi tərəfindən həyata keçirilən geniş miqyaslı fəaliyyət növlərinə aşağıdakılar daxildir:

- Xarici tələbələrin universitetə cəlb olunması

- Digər ölkələrin ali təhsil müəssisələri ilə xarici əməkdaşlığın qurulması:

- Erasmus tələbə-mübadilə proqramı çərçivəsində tələbə mübadiləsi/ xaricdə təhsil

- Buraxılış, inkişaf və artikulyasiya üzrə razılaşmaların inkişaf və idarə edilməsi

- Müəllim və tələbə mübadiləsi

- Beynəlxalq partnyorlarla iki tərəfli kursların təşkili

- Universitetin nüfuzunu artıran beynəlxalq layihələrdə fəal iştirak, müəllim və tələbələrimiz üçün yeni imkanlar yaratmaq və Universitetin strateji məqsədlərini dəstəkləmək

- Xaricdən gələn elmi işçilərin universitetə cəlb olunması

-Beynəlxalq mövzulara həsr olunmuş və ya xarici auditoriya üçün nəzərdə tutulmuş konfranslar, seminar və simpozimlar təşkil etmək

- Xarici tələbə və müəllimlər üçün rahat şərait yaratmaq və konsultasiya təşkil etmək

- Tələbə/işçi mübadilə proqramları, xaricdə təhsilin davam etdirilməsi, birgə elmi-tədqiqat layihələrində iştirak imkanları mözularında konsultasiya.