Uğurlu karyeranın təməli!

Beynəlxalq Əməkdaşlıq

Bu günə kimi Qərb Universiteti bir sıra beynəlxalq proqram və layihələrdə yer almaqla öz akademik fəaliyyətini genişləndirmiş, təhsil dünyasında mövqeyini möhkəmlətmiş və gələcək inkişafı üçün əlverişli şərait yaratmışdır.

Əməkdaşlıq etdiyimiz partnyorlarımızın siyahısına nəzər salaq:

Avropa:

- Paris Sorbon Universiteti;

- Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (Cenevrə, İşveçrə)

- Böyük Britaniya Koventri Universiteti;

- Povoljsk Dövlət Texnologiya Universiteti (Rusiya);

- Oslo Univesiteti (Norveç);

- Erasmus Mundus proqramı.

ABŞ:

- Kanzas Universiteti;

- Missisipi Valley Dövlət Universiteti;

- İndiana Universiteti (Bluminqton);

- Şimali Alabama və Delta Steyt Universiteti.

Asiya:

- Jiangnan Universiteti (Çin)

TEMPUS, TACIS və REAP layihələri çərçivəsində əməkdaşlığımız:

- Kent Universiteti (Böyük Britaniya);

- Notinqem Trent Universiteti (Böyük Britaniya);

- Siegen Universiteti (Almaniya);

- Amsterdam Universiteti, Maastrix Menecment məktəbi, Boqqart Treyninq İnstitutu və Kral (Royal) Tropic İnstitutu (Hollandiya);

- Kraliça Marqaret Universiteti Kolleci (Şotlandiya), Dublin Texnologiya İnstitutu (İrlandiya) və Haaqa Otel Məktəbi (Hollandiya);

- Kolderdeyl Kolleci (Böyük Britaniya);

- ABA CEELI-USAID Hüquq Təhsili İslahatları Proqramı;

2016-cı il, yeni əməkdaşlıqlar:

- Qərb Universiteti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına daxil edildi.

- Qərb Universiteti BMT və menecment ilə bağlı olan akademik institutlar, biznes məktəbləri və universitetlər arasında ilk mütəşəkkil əlaqə olan və 2007-ci ildə BMT-nin baş katibi tərəfindən irəli sürülmüş Məsuliyyətli İdarəetmə Təhsili Prinsipləri təşəbbüsünə qoşulmuşdur.

- Qərb Universitetində Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası yaradılmışdır.

- Qərb Universitetində növbəti beynəlxalq Depozitariya Kitabxana yaradıldı!

- Qərb Universitetinin kitabxanası zəngiləşməkdə davam edir!