Uğurlu karyeranın təməli!

Müvəqqəti yaşayış icazəsi

Dövlət Miqrasiya Xidmətinin nizamnaməsinə görə, bütün əcnəbi tələbələr Azərbaycana səfəri zamanı müvəqqəti yaşayış icazəsi almaq üçün müraciət etməlidirlər.

Müvəqqəti yaşayış icazəsi əldə etmək üçün hansı sənədlər lazımdır?

-Rəsmi ərizə forması müvafiq formada doldurulmalı və imzalanmalıdır.

-Pasportun əsli və surəti (pasport və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti müvəqqəti yaşama icazəsi müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)

-Doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan sənədin notarial qaydada təsdiqlənmiş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün)

-İctimai sağlamlıq üçün təhlükəli olan yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, Hepatit B və Hepatit C) daşıyıcısı olmadığını təsdiq edən tibbi arayış.

Tibbi arayışlar aşağıda göstərilən tibbi mərkəzlər tərəfindən verilməlidir, əks halda etibarlı sayılmayacaq.

1)Respublika Müalicə Diaqnostika Mərkəzi

Ünvan: Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllə

Poçt ünvanı: AZ 1062, Bakı, Azərbaycan

Tel: (+99412) 530-83-18, (+99412) 530-83-77

2)"İnternational Medical Centre-2” tibb mərkəzi

Ünvan: Nərimanov rayonu, Aşıq Molla Cümə məscidi 11 B.

Poçt ünvanı: AZ 1072, Bakı, Azərbaycan

Tel: (+994 12) 566-55-74, (+994 12) 566-55-78, (+994 70) 266-55-74

Fax: (+994 12) 566-49-33

-Universitetə qəbul və qeydiyyat haqqında Qərb Universitetinin və eləcə də Təhsil Nazirliyinin təsdiqedici məktubu

-3.5 x 4.5 sm ölçüdə 2 ədəd fotoşəkil

-Qeydiyyata düşəcəyiniz yaşayış yerinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi)

-Yaşayış sahəsi verən şəxsin ərizəsi (müvəqqəti qeydiyyat üçün icazə verdiyini təsdiq edən)

-Yaşayış sahəsi ilə təmin edən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti

Müvəqqəti yaşayış icazəsi əldə etmək üçün Dövlət Miqrassiya Xidmətinə ödənilən rüsumun miqdarı 40 AZN-dir.

Müvəqqəti yaşayış icazəsisi adətən bir ay ərzində verilir.

Qərb Universitetinin Beynəlxalq Şöbəsi viza və qeydiyyat məsələləri ilə bağlı əcnəbi tələbələrə daim dəstək və məsləhət verməkdədir.

Ərizə qaydaları ilə əlaqədar çətinliyiniz olarsa, Bazar ertəsindən Cümə gününədək iş saatları ərzində (09:00 - 18:00) bizimlə əlaqə yaradın.

Tel: (+99412) 492 61 63

Fax: (+99412) 492 67 01

Email: admissions@wu.edu.az