"Cənubi Qafqaz regionunda alman məskənlərinin salınması" mövzusunda yeni müsabiqə!

QƏRB UNİVERSİTETİ

POLİTOLOGİYA VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR KAFEDRASI

"Cənubi Qafqaz regionunda alman məskənlərinin salınması” mövzusunda müsabiqə elan edir.

Müsabiqədə bakalavr səviyyəsində Politologiya, Beynəlxalq münasibətlər, Regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr iştirak edə bilər.

Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək bütün xalqlara hörmətlə yanaşır və onların mədəniyyətini qoruyub saxlamışdır. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir.2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi təqdirə layiqdir. Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti mövcuddur.

Müsabiqənin məqsədi: Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu və əhəmiyyətini göstərməkdir.

Müsabiqə 30.10.2016-cı il tarixində keçiriləcəkdir.

Qeyd: Təqdimat "Politologiya və beyəlxalq münasibətlər” kafedrasına Esseformatında (3 səhifə, Times New Roman 14 şrift) təqdim olunmalıdır.

Essenin təqdimatının son tarixi 15.10.2016-cı il.

Müsabiqə təşkil olunan komissiya tərəfindən qiymətləndiriləcək və mükafatlar təqdim olunacaqdır.

Komissiyanın üzvləri:

Sədr:

t.ü.f.d,prof. Cəbi Bəhramov -"Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müdiri

Üzvlər:

AMEA-nın müxbir üzvü, t.e.d.,prof. N.Axundova

f.e.d.,prof. İlham Məmmədzadə

s.e.d,prof. Vəsilə Haciyeva

prof. Fikrət Sadıxov

t.ü.f.d. Günel Orucova

s.e.f.d. Rauf Həsənov

s.e.f.d. Davud Həşimov

b.m. Elnarə Qazızadə

Əlaqə: (012)563-55-42.

e-mail: siyasi.elmler@wu.edu.az

Qərb Universiteti "Politologiya və beynəlxalq münasibətlər” kafedrası

Koordinator: Həşimov Davud

I yerin qalibi 20%

II yerin qalibi 15%

III yerin qalibi isə təhsil haqqından 10% güzəşt əldə edəcək.