Yeni müsabiqə! - Hüquq və Hümanitar fənlər kafedrası

Yeni müsabiqə! - Hüquq və Hümanitar fənlər kafedrası

QƏRB UNİVERSİTETİ

HÜQUQ VƏ HUMANİTAR FƏNLƏR KAFEDRASI

Psixoloji biliklərin mənimsənilməsi, psixoloji məsləhət və yardım üzrə zəruri bacarıq və vərdişlərin formalaşdırılması məqsədi ilə "Gənc psixoloqun peşə - etik keyfiyyətləri” mövzusunda müsabiqə elan edir.

Müsabiqənin məqsədi: Müsabiqə bakalavr səviyyəsində təhsil alan tələbələrin və bu sahəyə maraq göstərən gənclərin diqqətini psixoloq peşəsinə cəlb etməyə, müasir peşə - etik keyfiyyətlərin inkişaf etdirilməsinə isiqamətlənib.

Müsabiqəyə təqdim olunan mövzu esse formatında, 3 səhifə,Times New Roman 14 şriftlə təqdim olunmalıdır.

Müsabiqədə Qərb Universitetinin bakalavr səviyyəsində "Psixologiya " ixtisasında təhsil alan tələbələr iştirak edə bilər.

Essenin təqdimatının son tarixi: 27.10. 2016

Qeyd : Müsabiqənin qiymətləndirilməsi zamanı müsabiqə komissiyası aşağıdakı meyarları rəhbər tutacaqdır:

- innovativ – yaradıcı yanaşma;

- elmi cəhətdən əsaslandırılmış müstəqil baxış;

- sistemli və dərin təhlil;

- obyektivlik:

- tətbiqilik;

Müsabiqə komisiyyasının tərkibi:

Sədr:

dos. Ağa Mirələm

Üzvlər:

psi.e.d., prof. Elnarə Şəfiyeva

psi.ü.f.d.,dos. Elnarə Əhmədova

h.ü.f.d.,dos. Elmira Hacıyeva

f.ü.f.d.,dos. Tağı Bəşirov

Əlaqə: (012)492-61-63, (012) 563-55-26, (050) 999 - 1991

xayala.eliyeva@wu.edu.az

Qərb Universiteti "Hüquq və humanitar fənlər” kafedrası

Koordinator: Xəyalə Əliyeva