Elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ilk "Azərbaycan-Antarktida" ekspedisiyası uğurla başa çatdı!

Elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ilk "Azərbaycan-Antarktida" ekspedisiyası uğurla başa çatdı!

2008-ci il 24 dekabr tarixində Bakıdan yola düşən professor Hüseyn Bağırovun başçılıq etdiyi "Azərbaycan-Antarktida" ekspedisiya qrupu bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə baxmayaraq 2009-cu il yanvar ayının 26-da Cənub qütbünə çatmağa müvəffəq oldu.

Ətraflı
İlk Azərbaycan Antarktida ekspedisiyası!

İlk Azərbaycan Antarktida ekspedisiyası!

2008-ci il 24 dekabr tarixində Bakıdan yola düşən professor H.Bağırovun başçılıq etdiyi "Azərbaycan-Antarktida" ekspedisiya qrupu 30 dekabr tarixdən Çilinin Punta Arenas şəhərindən Antarktidadakı Patriot-Hills stansiyasına doğru istiqamət götürmüşdür.

Ətraflı
İlk "Azərbaycan-Antarktida" ekspedisiya qrupunun Cənub qütbünə yürüşü davam edir

İlk "Azərbaycan-Antarktida" ekspedisiya qrupunun Cənub qütbünə yürüşü davam edir

Professor Hüseyn Bağırovun başçılıq etdiyi "Azərbaycan-Antarktida" ekspedisiya qrupu Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə qalxdıqdan sonra Cənub qütbünə doğru irəliləməkdə davam edir. Ekspedisiya qrupunun "İridium" peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə, Cənub qütbünə olan 115 km-lik məsafənin təxminən 60 km-i qalıb.

Ətraflı
Basketbol komandamız Respublika Çempionu oldu!

Basketbol komandamız Respublika Çempionu oldu!

Qərb Universiteti Basketbol komandası, ali təhsil müəssisələri arasında keçirilən Basketbol (kişilər) üzrə Respublika Çempionatında ümumkomanda hesabında I yeri tutduğuna görə, "Gənclik" tələbə idman cəmiyyətinin Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

Ətraflı
Basketbol komandamız bürünc mükafata layiq görüldü!

Basketbol komandamız bürünc mükafata layiq görüldü!

Qərb Universiteti Basketbol komandası, kişilər arasında Azərbaycan çempionatında III yeri tutduğuna görə, Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyi tərəfindən bürünc mükafata layiq görülmüşdür.

Ətraflı
Mini-futbol komandamız çempion oldu!

Mini-futbol komandamız çempion oldu!

Qərb Universiteti Mini-futbol komandası, Səbail rayon üzrə Novruz bayramına həsr edilmiş BTK-lar arasında keçirilən mini-futbol yarışlarında I yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

Ətraflı
Basketbol komandamızın növbəti qələbəsi!

Basketbol komandamızın növbəti qələbəsi!

Qərb Universiteti Basketbol komandası, Milli Olimpiya Komitəsinin 10-illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında keçirilən Basketbol (kişilər) üzrə Respublika çempionatında I yeri tutduğuna görə "Gənclik" tələbə idman cəmiyyətinin Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

Ətraflı
Mini-futbol komandamız II yeri qazandı!

Mini-futbol komandamız II yeri qazandı!

Qərb Universitetinin Mini futbol komandası, Səbail rayon çempionatında Bədən Tərbiyəsi kollektivləri arasında keçirilən II yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər və İdman idarəsi tərəfndən Diplomla təltif olunmuşdur.

Ətraflı
Basketbol komandamız Azərbaycan birincisi oldu!

Basketbol komandamız Azərbaycan birincisi oldu!

Qərb Universitetinin Basketbol komandası, Tələbələr arasında Basketbol üzrə Azərbaycan çempionatında I yeri tutduğuna görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.

Ətraflı
Basketbol komandamızın növbəti uğuru!

Basketbol komandamızın növbəti uğuru!

Qərb Universitetinin Basketbol komandası, Azərbaycan Respublikası Müstəqilliyinin 10-illik yubileyinə həsr olunmuş ali təhsil məktəbləri tələbələri arasında keçirilən V Respublika Universiadasında Basketbol (kişilər) üzrə II yeri tutduğuna görə "Gənclik" tələbə idman cəmiyyəti Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

Ətraflı