Qərb Universiteti və Visegrad Fondu

Qərb Universiteti, Beynəlxalq Visegrad Fondunun Universitet üzrə Qrantını qazanmış ilk Azərbaycan Universitetidir. Layihə çərçivəsində Qərb Universiteti 3 il müddətində bakalavr tələbələri üçün "Azərbaycanda kiçik və orta müəssisələrin davamlı inkişafı üçün Visegrad ölkələrinin ən yaxşı təcrübələri" adlı kurs keçirdəcək.

Kursun məqsədi Visegrad ölkələrinin kiçik və orta müəssisələrin inkişafında təcrübələrini həm daxili (idarəetmə səviyyəsində), həm də xarici səviyyədə (hökumət islahatları və siyasət inkişafı) öyrənmək və bu təcrübələrin tətbiq olunması imkanlarını araşdırır. Kurs Qərb Universitetinin tədris proqramına daxil ediləcək və İqtisadiyyat, Dünya iqtisadiyyatı, Menecment, İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə bakalavr proqramının 4-cü kurs tələbələri üçün əsas fənn kimi keçiriləcək.

Layihənin çərçivəsində kiçik və orta müəssisələrin inkişafı mövzusuna dair beynəlxalq seminar nəzərdə tutulur.

Həmçinin layihə çərçivəsində kiçik və orta müəssisələrin inkişafi, Biznesin İdarə edilməsi və s. sahələrində ən son dərsliklərin Qərb Universitetinin Kitabxana fondunun modernləşdirilməsi nəzərdə tutulub.