Sahə iqtisadiyyatı

Sahə iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı ölkə iqtisadiyyatının müxtəlif sahələrində elmi tədqiqat işlərinin yerinə yetirilməsi və praktiki məsələlərin həlli baxımından xarici və yerli təcrübənin tətbiqi sahəsində iqtisadçı – alim yetişdirilməsini nəzərdə tutur.

Doktorantların (dissertantların) eyni zamanda dünyanın müxtəlif yerlərindən gələn tanınmış alimlərlə əməkdaşlıq etmək imkanları olacaq. Proqramın hədəfi öz doktorantlarını (dissertantlarını) irəlidə gedən universitetlərdə akademik mövqelərdə və sənaye, ictimai sektor və beynəlxalq təşkilatlarda idarəçi vəzifələrdə yerləşdirməkdir.