Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

3338.01 - "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə fəlsəfə dotoru elmi dərəcəsi proqramı


Doktorant sistemli analizin obyektləri dekompozisiyası və sintezi, dekompozisiya prosesinin alqoritmləşdirilməsi, aqreqatlaşmanın növləri, riyazi statistikanın əsas məsələləri, nöqtəvi qiymətləndirmə, inam intervalının qurulması, statistik hipotezlərin fərqləndirilməsi, qraflar və orqraflar, qraflar üzərində alqoritmik məsələlər, sonlu avtomatlar, avtomatın keçid qrafı, informasiya nəzəriyyəsi. İnformasiya anlayışı, entropiya, şərti entropiya, kodlaşdırma, optimal kodlaşdırma, xətti kodlar, Xemminq kodu, idarəetmənin əsas anlayışları, mahiyyəti, göstəriciləri və meyarları, idarəetmə obyektləri, idarəetmənin məqsədi və funksiyaları, idarəetmədə qərarlarının qəbulu, idarəetmə sistemləri və onların strukturu, idarəetmədə istifadə olunan riyazi metodlar, optimallaşdırma məsələləri, xətti və dinamiki proqramlaşdırma və s. kimi məsələləri öyrənir və bu materiallar üzərində öz dissertasiya işini tərtib edir.