Uğurlu karyeranın təməli!

Elmi-tədris şöbələri

Qərb Universiteti ümumi sahəsi 13000 kv.m olan 3 korpusdan ibarətdir.

Qərb Dilləri fakültəsiDizayn fakültəsi İşərişəhərdəki (Qədim şəhər) əsas binada yerləşir. İşərişəhər korpusu mərkəzi hissədə - Prezident Sarayı və adından da göründüyü kimi İçərişəhər yaxınlığında yerləşir.

Bu korpusda Kitabxana, Nəşriyyat Mərkəzi, Kompüter Mərkəzi və Dil Laboratoriyasının xidmətlərindən yararlanmaq mümkündür. İçərişəhər korpusunda keçirilən kurslar haqqında məlumat əldə etmək üçün keçid linki. Xəritə və istiqaməti müəyyənləşdirmək üçün bax.

Biznes İdarəçiliyi fakültəsi Nərimanov metro stansiyası yaxınlığında yerləşən Nərimanov korpusundadır. Bu yeni korpus Biznes İdarəçiliyi fakultəsi üçün xüsusi olaraq hazırlanmışdır. Nərimanov korpusunda da Kitabxana və Kompüter Mərkəzi xidmət göstərir. Bundan əlavə, korpusda isti və soyuq yemək servisi olan kafe fəaliyyət göstərir. Bu korpusda keçirilən kurslar haqqında məlumat əldə etmək üçün keçid linki. Xəritə və istiqaməti müəyyənləşdirmək üçün bax.

Siyasi Elmlər və Beynəlxalq Elmlər fakültəsi 8-ci mikrorayon korpusunda yerləşir. Burada da həmçinin tələbələr və işçi heyətin istifadəsi üçün Kitabxana və Kompüter Mərkəzi fəaliyyət göstərir. Bu korpusda keçirilən kurslar haqqında məlumat əldə etmək üçün keçid linki. Xəritə və istiqaməti müəyyənləşdirmək üçün bax.