Uğurlu karyeranın təməli!

İşgüzar-inzibatçılıq fakültəsi

1991-ci ildə yaradılmış işgüzar İnzibatçılıq fakültəsi müasir Azərbaycan üçün aşağıdakı istiqamətlər üzrə mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır:

- Biznesin idarə edilməsi

- Dünya iqtisadiyyatı

- Maliyyə

- İqtisadiyyat

- Menecment

- Turizm və otelçilik

Fakültənin vəzifəsi XXI əsrdə Azərbaycan Respublikasının işgüzar həyatinda, inzibati həyatin əsas sahələrində fəaliyyət göstərmək üçün zəruri olan bilik və bacarıqlar qazanmaq imkanı yaratmaqdır. Bütün ixtisaslar üzrə tələbələr azərbaycan, rus və ingilis dillərini öyrənirlər. Turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələr isə bu 3 dillə yanaşı alman, fransız, dillərini də öyrənirlər.

Fakültənin müasir kompüter mərkəzi, internet mərkəzi, elmi kitabxana mərkəzi var. Bakalavr dərəcəsi alan məzunlar dövlət və özəl sektorlarda, müxtəlif təşkilatlarda çalışırlar. Ən yaxşı tələbələrin magistraturada təhsillərini davam etdirmək imkanı var.

Fakültənin müəllim heyəti akademiklərdən, professorlardan, elmlər doktoru və elmlər namizədlərindən, yüksək ixtisaslı müəllimlərdən, həmçinin ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Şotlandiya, Türkiyə kimi xarici ölkələrdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir.

İşgüzar İnzibatçılıq fakültəsi respublikada və xaricdə yerləşən müxtəlif şirkətlər və korporasiyalarla sıx əlaqələr saxlayırlar. Xarici dildə sərbəst danışan fakültə tələbələri Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, AMOCO, Praysuotershaus Kupers, BP, Hyatt Regency, Radisson və başqalarının təşkil etdiyi görüşlərdə, təqdimat mərasimlərində və başqa tədbirlərdə iştirak edirlər. Bununla tələbələr praktik bacarıqlar və təcrübə qazanır və universiteti bitirdikdən sonra işə düzəlmək imkanı əldə edirlər. Beynəlxalq TASIS/TEMPUS, Erasmus Mundus proqramları çərçivəsində fakültə xarici əməkdaşları ilə birlikdə bir sıra layihələrdə iştirak edir.

İşgüzar İnzibatçılıq fakültəsi tədris prosesini daim təkmilləşdirməyə çalışır və bu məqsədlə zaman keçdikcə Azərbaycan iqtisadiyyatında yaranan yeni tələb və ehtiyacları onlarda əks etdirir.

İqtisadiyyat ixtisası:

Bu proqram Qərb Universitetinin yarandığı ilk gündən etibarən fəaliyyə göstərir. Bu ixtisas üzrə bakalavr dərəcəsi müasir iqtisadiyyat və hüquq, iqtisadi mübahisə və münaqişələrin həlli və onların hüquqi tənzimlənməsi kimi sahələrə aid biliklərin verilməsini təmin edir. Eyni zamanda məzunlara geniş çeşiddə humanitar fənlər, 3 dil (azərbaycan, rus, ingilis və ya alman) və kompüter bacarıqları da tədris edilir.

Turizm və otelçilik ixtisası:

1996-ci ildən fəaliyyət göstərən bu proqram turizm və mehmanxana biznesi menecmentinin bir çox sahələrində tədris üçün müxtəlif imkanlar təklif edir. Bu proqram turizm və mehmanxana sənayəsində idarəetmə vəzifəsində çalışmağı arzu edənlərdən ötrü yaradılmışdır.

Azərbaycanın yerləşdiyi ərazi coğrafi baxımdan turistlərin nəzərini daha çox cəlb edir. Bu da Azərbaycanın yaxın gələcəkdə dünyanın nəhəng turizm mərkəzlərindən birinə çevriləcəyindən və turizmin Azərbaycanda daha sürətlə inkişaf edən biznes sektoru olacağından xəbər verir. Bunu nəzərə alaraq Qərb Universiteti Turizm mərkəzinin yaradılması və Mehmanxana menecmenti üzrə TEMPUS proqramının xətti ilə Qərbi Avropadan olan tərəfdaşları ilə birgə həyata keçirilir.

Bu layihə çərçivəsində bəzi tələbələrimiz öz yay təcrübələrini xarici ölkələrin mehmanxanalarında keçir. Mini otel proqramı tələbələri təcrübə keçmək üçün tədris bazası ilə təmin edir. Proqramın məzmunu turizm və mehmanxana işinin təşkili sahəsində səriştə qazanmaq məqsədini güdür və mehmanxanalarda işləmək eləcədə milli və beynəlxalq əlaqələri olan təşkilatlar yaratmaq istəyənlər üçün nəzərdə tutulub.