Uğurlu karyeranın təməli!

Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Fakültəsi

Fakültənin yaranma tarixi:"Siyasi elmlər” fakültəsi 1991 – cil ildən fəaliyyət göstərir.

Dekan: p.ü.f.d., dos. Əhmədova Elnarə Əhməd qızı

Tyutor: Vəfa Osmanova

Laborant: Gülnar Müslümova

Tel: 012-563-55-26

Fakültənin fəaliyyəti: "Siyasi elmlər” fakültəsi aşağıda qeyd olunan ixtisaslar üzrə mütəxəssis hazırlayan müasir və dinamik inkişaf edən ilk fakültələrdən biridir. Dekanlığın təşəbbüsü ilə Universitetdə müntəzəm olaraq həm tələbələr, həm də professor - müəllim heyəti üçün elmi-praktiki konfranslar, bilik yarışları, bayram tədbirləri, anım günləri və başqa tədbirlər keçirilir.

Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin təklif etdiyi proqramlar yalnız akademik baxımdan tələbələrə uyğun olmayıb, eyni zamanda yaşayıb işlədiyimiz müasir dünyanın sosial və siyasi durumuna da uyğun gəlir. Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin əsas məqsədi gənc və müstəqil cəmiyyət, onun demokratiya yolunda gələcək inkişafı üçün tələb ounan yüksək ixtisaslı müətəxəssis hazırlığının bünövrəsini qoymaqdan ibarətdir. Çoxtərəfli yanaşmanın burada tətbiq edilməsinin məqsədi ictimai, siyasi, sosial, inzibatçılıq və təbiət fənlərinin bir araya gətirilməsindən ibarətdir. Fundametal biliklər verən fakültə tələbələrin özlərini maraqlandıran ixtisas sahəsini seçmələri üçün zəruri olan metodoloji, empirik və analitik bacarıqlarla silahlandırır. Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsi 3 proqamdan təşkil olunmuşdur:

- Jurnalistika

- Politologiya

- Regionşünaslıq

Jurnalistika ixtisası:

Beynəlxalq jurnalistika üzrə bakalavr dərəcəsi beynəlxalq jurnalistika sahəsində çalışan peşəkarların hazırlanması məqsədilə yaradılmışdır. Bu ixtısasın tələbələrində yalnız Azərbaycanın deyil, eyni zamanda xarici ölkələrin tarixində, qanunvenriciliyndə mədəniyyətində və dövlət quruculuğunda kütləvi informasiya vasitələrinin rolunu öyrənmək imkanı verir. Beynəlxalq jurnalistika proqramı əsas diqqəti kütləvi informasiya vasitələri və siyasət, beynəlxalq jurnalistikanın tarixi, siyasi jurnalistikanın tipologiyası, ekstremal vəziyyətdə jurnalist və işgüzar jurnalistika sahələrinə yönəlir.

Bu proqrama həmçinin müxtəlif jurnalist təcrübələri, jurnalist praktikumları, ictimaiyyətlə əlaqələr və kütləvi kommunikasiyalar da daxildir.

Müxtəlif seminarlarda, dəyirmi masalarda, əqli hücum çalışmalarında tələbələr beynəlxalq jurnalistikanın çeşidli problemləri ilə tanış olur və onların həlli yollarını axtarırlar.

Politologiya ixtisası:

Bu dərəcədə tələbələrə siyasi nəzəriyyələrə, demokratiya nəzəriyyəsi, siyasi münasibətlər və cəmiyyətin siyasi sisteminin nəzəriyyəsinə, demokratiya və idarəçiliyə, siyasi seçkilər və seçki sistemlərinə, siyasi partiyaların cəmiyyətin siyasi sistemində oynadığı rola, geosiyasətin əsaslarına, konfliktologiyaya, dünya siyasətinin qloballaşmasına, kütləvi informasiya vasitələri və siyasət, siyasi liderlik və milli təhlükəsizlik nəzəriyyəsinə böyük diqqət yetirilir və siyasi elmlərdə və həmçinin müqayisəli siyasətdə mövcud olan yanaşmaları nəzərdən keçirilir.

Proqramın məqsədi tələbənin intellektual düşüncəsini, akademik və praktik bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Burada dünya siyasətinin qloballaşması, münaqişələrin həlli və beynəlxalq vasitəçilik, demoqrafiya və gender məsələləri kimi seçmə fənlər tədris olunur.

Regionşünaslıq (Qərbşünaslıq) ixtisası:

Regionşünaslıq üzrə bakalavr dərəcəsi fənlərarası bir dərəcə olub, əsas diqqəti müxtəlif ölkələrin tarixi və geosiyasətinə, mədəniyyətinə, coğrafiyasına, dil və ədəbiyyatına, siyasi quruluşuna, müasir siyasi, hüquqi və iqtisadi məsələlərinə yönəldir. Regionşünaslıq üzrə bakalavr dərəcəsi müəyyən ölkələrin mədəni, iqtisadi, siyasi və diplomatik təhlilini aparır və onların əlaqələrini işıqlandırır.

Bu dərəcə aşağıdakı fənlərdən ibarət əsas fənlər blokunu təklif edir: beynəlxalq münasibətlər tarixi, siyasi və iqtisadi təşkilatlar, geosiyasətin əsasları, beynəlxalq hüquq, Azərbaycanın və qərb ölkələrinin siyasi və idarəçilik vahidləri.