Uğurlu karyeranın təməli!

Qərb Dilləri Fakultəsi

Fakültənin yaranma tarixi: Qərb dilləri fakültəsi 1996-ci ildən fəaliyyət göstərir. 

Dekan: Vəliyeva Fəridə Rəsul qızı

Dekan müavini: Manafova Sofiya Əlixanovna 

Tel: 012-492-61-63 (20)

Fakültənin fəaliyyəti: Fakültənin vəzifəsi peşəkar filoloqlar, xarici dil və ədəbiyyati mütəxəssisləri, Azərbaycanın xarici əlaqələrinin genişlənidiyi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edən biznes, menecment, sosiologiya, siyasi elmlər, hüquq, jurnalistika və nəşriyyat sahəsində peşəkar tərcüməçilər hazırlamaqdan ibarətdir.

Fakültə iki ixtisas sahəsindən təşkil olunub: xarici dil və ədəbiyyat (ingilis) və tərcümə. Fakültədə ümumilikdə 7 dil tədris olunur (dörd müasir avropa dilləri və latın, azərbaycan və rus dilləri) Birinci semestrdə bütün I kurs tələbələri həftədə 20 saat ingilis dili dərsləri keçir. Bu onlara ingilis dilində keçilən digər fənləri qavramaq üçün zəruri olan dil hazırlığı səviyyəsinə çatmağa imkan verir. II semestrdən etibarən tələbələr 2-ci xarici dil öyrənməyə başlayırlar. Fakültənin əsas məqsədi tələbələrə xarici dilləri və ədəbiyyatı tədris etmək, yüksək ixtisaslı filoloqlar və tərcüməçi mütəxəsislər hazırlamaqdır. Fakültə peşəkar dilçilərin hazırlanmasında yeni təlim proqramlarından və texniki vəsaitlərdən istifadə edir.

Avropa ölkələrinin Bakıdakı səfirlikləri və nümayəndələri ilə sıx əlaqə saxlayır. Xarici ölkələrin ali təhsil müəssisələri ilə qurulan əlaqələr fakltənin inkişafına təkan verir. Xarici ölkələrdən (ABŞ, Britaniya, Fransa, Avstraliya, Almaniya və Hollandiya) alimlər və yüksək ixtisaslı müəllimlər fakültədə dərs demək üçün dəvət olunur.

Qərb dilləri fakültəsi "Dil hazırlığı” və "İngilis Filologıyası” kafedraları ilə calışır, Dekanlığ professor, müəllim heyyəti və tələbələrlə birlikdə elmi-praktiki konfranslar, bilik yarışmaları , xeyriyyə aksiyaları anım günləri və s.keçirir.

Filologiya ixtisası:

Filologiya üzrə bakalavr dərəcəsi alan məzunlar ədəbiyyat nəzəriyyəsi, dilçilik nəzəriyyəsi, nitq praktikası, tərcümə, eləcə də tarix, siyasi elmlər, mədəniyyətşünaslıq, iqtisadiyyat, fəlsəfə və s. kimi fənlər üzrə biliklərə yiyələnirlər. Filologiya üzrə bakalavr dərəcəsi aşağıdakı vəzifələrdə işləmək imkanı verir:

- yuxarıda sadalanan sahələrdən biri üzrə elmi-tədqiqat iş ilə məşğul olmaq;

- ali təhsil müəssisələrində müəllimlik fəaliyyəti.

Filologiya üzrə bakalavr dərəcəsi alan məzun aşağıdakı tələbələrə cavab verməlidir:

- Ədəbiyyat sahəsinə aid dərin biliklərə malik olmaq;

- Britaniya, Amerika və Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının müxtəlif mərhələləri ilə yaxından tanış olmaq;

- Ədəbiyyat nəzəriyyəsini yaxşı bilmək;

- Dilçiliyin qrammatika, leksikologiya və üslubiyyat kimi sahələrinə dair əsaslı bilgilərə malik olmaq;

- Gözəl nitq qabiliyyətinə malik olmaq;

- Tərcüməçilik bacarığına malik olmaq;

- Fəlsəfə, tarix, iqtisadiyyat və siyasi elmlərdən ətraflı məlumatı almaq;

- Tədris planına daxil edilmiş nəzəri bilik sahələrinin birində müstəqil elmi tədqiqat işi apara bilmək.

Ümumi hazırlıqla bağlı tələbələr dünya ədəbiyyatı tarixi, praktik tərcümə, üslubiyyat, leksikologiya, tərcümə nəzəriyyəsi, ingilis, alman və fransız ədəbiyyatını öyrənirlər.

Bu proqrama həmçinin müxtəlif jurnalist təcrübələri, jurnalist praktikumları, ictimaiyyətlə əlaqələr və kütləvi kommunikasiyalar da daxildir.

Müxtəlif seminarlarda, dəyirmi masalarda, əqli hücum çalışmalarında tələbələr beynəlxalq jurnalistikanın çeşidli problemləri ilə tanış olur və onların həlli yollarını axtarırlar.

Tərcümə ixtisası:

Təhsilini başa vuran və bakalavr dərəcəsi alan məzunlar aşağıdakı tələblərə cavab verməlidirlər:

- yüksək səviyyəli praktik qabitliyyətə malik olmalı;

- müxtəlif sahələr üzrə praktiki tərcüməçilik qabiliyyətinə malik olmalı (biznes/kommersiya, hüquq, elm, siyasət, ədəbiyyat və məişət);

- tərcümə ixtisaslar üzrə hazırlanmış məzunlar bu sahələrdə və fəaliyyət növlərində çalışa bilərlər;

- şifahi/sinxron tərcümə (azərbaycan (rus)-ingilis və ingilis-azərbaycan (rus); alman-azərbaycan (rus) və azərbaycan (rus)-alman: fransız-azərbaycan (rus) və azərbaycan (rus)-fransız);

- yazılı tərcümə;

- ədəbi tərcümə (İngilis, alman və fransız dillərindəki ədəbi əsərlərin Azərbaycan/rus dilinə tərcüməsi və əksinə)

- universitetlərin tərcümə kafedralarında pedaqoji fəaliyyət.

Modul I tələbələrin əsas nəzəri hazirlığı üçün nəzərdə tutulmuş fənlərdən ibarətdir. Bu fənlər tələbələrin iqtisadiyyat, fəlsəfə, siyasi elmlər və s. haqda ümumi dünyaqörüşünü qenişləndirir. Modul II tələbələrin ümumi hazırlığını təmin edir (əsas ixtisas dili istisna olmaqla ) Azərbaycan və rus dillərinin tədrisi yalnız I və II semestrlər üçün və azərbaycan bölməsinə rus dilinin, rus bölməsinə isə azərbaycan dilinin tədrisini nəzərdə tutur. Bu kursun məqsədi tələbələrə tərcüməliçik peşəsinin yüksək tələblərinə cavab vermək üçün rus və azərbaycan dillərini mükəmməl öyrənməkdən ibarətdir. İkinci xarici dil isə tələbələrin marağı əsasında və mövcüd imkanlar daxilində seçilir. Modul III tələbələrin ümumi hüquqi hazırlığını təmin edir. Modul IV tələbələrin əsas ixtisas fənlərindən və ixtisas sahəsinə uyğun xüsusi nəzəri təlim fənlərindən ibarətdir. Modul V tələbələrin qələcək fəaliyyət sahəsinə birbaşa əlaqədardir. Bu modul sırf ixtisaslaşmaya xidmət edir.