Uğurlu karyeranın təməli!

Haqqımızda

Azərbaycan Respublikasının ilk özəl universitetlərindən biri olan Qərb Universitetinin əsası 1991-ci ildə qoyulmuş və hal-hazırda ölkənin aparıcı universitetlərindən birinə çevrilmişdir.

Qərb Universiteti iqitsadi keçid və ondan sonrakı dövrdə ölkənin maraqlarını təmin edə biləcək yüksək səviyyəli mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək vermək məqsədilə elmi müəssisə kimi təsis edilmişdir. Dünyanın müxtəlif ölkələrindən bir çox tələbənin Universitetə axını onun beynəlxalq nüfuzundan xəbər verir.

Qərb Universiteti 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun üzvüdür. Həmçinin o, 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin və 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun üzvüdür.

Əməkdaşlıqların siyahısı

Qərb Universiteti məzunlarının komanda üzvü, novator, lider kimi bilik və bacarıqlarına hər bir işdə ehtiyac duyulur.

180-dan çox yüksək səviyyəli təhsil işçisinin cəlb edildiyi 5 fakultədə 1000-dən artıq tələbə 36 ixtisas üzrə əyani və qiyabi formada bakalavr və magistr təhsili alır.

HİMN