Məqsədimiz

Bizim baxış

Qərb Universiteti ali təhsil sektorunda 1991-ci ildən fəaliyyət göstərən özəl təhsil müəssisəsidir. Qərb Universitetinin multikultural kollektivi ömürlük bilik və bacarıqların qazanılmasına uzunmüddətli perspektiv və çoxşaxəli imkanlar yaradır.

Təsisçinin arzusuna uyğun olaraq Qərb Universiteti:

- Beynəlxalq partnyorlar ilə müqavilələri artırmağa və təhsil fəaliyyətini genişləndirməyə davam edir

- Qlobal əməkdaşlıq və beynəlxalq səviyyədə tanınan dünya səviyyəli tədris üçün mükəmməl təhsil mühiti yaratmağa davam edir

- Akademik sahədə dünya trendlərindən geri qalmamaqla mütərəqqi olmağa çalışır.

Məqsədimiz

Qərb Universitetinin məqsədi yüksək təhsil və ən yüksək beynəlxalq səviyyəli elmi tədqiqatlar təqdim etməklə cəmiyyətə müsbət töhfələr verməkdir.

Biz çalışırıq:

- Tələbələrimiz üçün ən yüksək keyfiyyətli tədris və təlim mühiti yaradaq

- Azərbaycanın ən aparıcı universiteti kimi mövqeyimizi gücləndirək və beynəlxalq nüfuzumuzu artıraq

- Şəxsi və peşəkar sahədə yüksək standardlara nail olmaq üçün tam təminatlı iş qabiliyyətinə malik məzunlar yetişdirək

- Elmi tədqiqatlara həvəsləndirici və təkan verici qüvvə olaq 

- İqtisadi keçid dövründə Respublikanın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək olaq.