Uğurlu karyeranın təməli!

Korporativ Sosial Məsuliyyət

Qərb Universitetinin Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsü davamlı və sosial cəhətdən məsuliyyətli mühitdə fəaliyyət üzrə öhdəliyimizi əks etdirir.

Layiqli vətəndaş kimi yetişib cəmiyyətdə aparıcı rol oynamaq universitet üçün çox böyük əhəmiyyət kəsb edir və biz bu istiqamətdəki planlarımızı iqtisadi, ekoloji, sosial sahədəki hədəflərimizlə birgə davam etdiririk.

Tədris təcrübəmizi daim inkişaf etdirməklə fəaliyyətimizin cəmiyyətə təsir qüvvəsini nəzərə alaraq Universitetin bütün aspektləri üzrə KSM fəaliyyətimizin effektivliyini artırmağa can atırıq.

Qərb Universitetinin Korporativ Sosial Məsuliyyət təşəbbüsləri

Universitet yerli təşkilatlara kömək etməyə böyük əhəmiyyət verir və Azərbaycan cəmiyyətində layiqli vətəndaş rolunu oynayır. Tələbələrimiz Universitet tərəfindən təşkil edilən KSM işlərinə böyük həvəslə yanaşır. Bura daxildir:

-   Uşaq evlərini və qayğıya ehtiyac olanları ziyarət etmək

-  Şəhər təmizləmə kampaniyalarında fəal iştirak

- Ətraf mühiti qorumaq məqsədilə ağacların əkilməsi və Xəzər dənizi ətrafının təmizlənməsi

Universitet, həmçinin, regionlarda iqtisadi inkişafa dəstək olmaq məqsədilə əhalinin bilik və sahibkarlıq bacarıqlarının artırılması istiqamətində daim fəal axtarışdadır. Nottingem Trent Universiteti ilə əməkdaşlıq layihəsi  çərçivəsində Biznes İdarəçiliyi fakultəsi kənd yerlərində kiçik biznes sahiblərinə dəstək olmaq  üçün sahibkarlıq və biznes idarəçiliyi bacarıqlarına həsr olunmuş  bir sıra təlim kursları təşkil etmişdir.

Bundan başqa, Qərb Universiteti Hüquq Klinikasının təşəbbüskarlarından biri kimi  hüquqi problemlərlə bağlı əhaliyə yardım etməklə böyük təcrübə qazanmışdır.