Elmi xəbərlər jurnalı

Qərb Universiteti "Elmi Xəbərlər” jurnalı 2011-ci ildən nəşr olunur. "Elmi Xəbərlər” jurnalının "Humanitar elmlər seriyası” və "İctimai və texniki elmlər seriyası” mövcuddur. Jurnalın il ərzində 4 nömrəsi işıq üzü görür. "Elmi Xəbərlər” jurnalında Azərbaycan, rus, ingilis, alman, fransız və s. dillərdə elmi məqalələr dərc olunur.

Qərb Universitetinin "Elmi xəbərlər” jurnalına elmi məqalələr qəbul edilir. Məqalələr humanitar, ictimai və texniki elmlər üzrə olmalıdır. Elmi məqalələr aşağıdakı tələblərə uyğun hazırlanmalıdır:

1. Müəllifin adı, soyadı, ata adı, iş yeri, elmi dərəcəsi, vəzifəsi, e-mail ünvanı açıq şəkildə yazılmalıdır.

2. Məqalənin şrift ölçüsü 12, Times New Roman olmaqla 5 səhifədən az olmamalıdır.

3. Məqalə adı, müəllifin adı üç dildə yazılmalı.

4. Xülasə və açar sözlər üç dildə yazılmalı.

5. Ədəbiyyat siyahısına uyğun olaraq istinadlar məqalə daxilində səhifələri ilə birlikdə qeyd olunmalıdır.

6. Məqalənin aktuallığı və gəlinən elmi nəticə qeyd olunmalıdır.

elmijurnal@wu.edu.az