Ekspedisiyalar

İlk "Azərbaycan-Antarktida" ekspedisiyası

Dekabr 2008 - Yanvar 2009

Qərb Universitetinin təsisçisi, fəxri prezidenti və professoru Hüseyn Bağırovun rəhbərlik etdiyi İlk Azərbaycan-Antarktida Ekspedisiyası 12 dekabr 2008-ci il tarxində Bakıdan yola düşərək 30 dekabr tarixində Çilinin Patriot- Hills stansiyasına çatmışdır. Ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də bürünc lövhəni Vinson dağına və Cənub qütbünə sancmışlar. Bürünc lövhənin bir üzündə Ulu Öndər Heydər Əliyevin şəkli, "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri, digər tərəfində isə Azərbaycan Prezidenti İlham Əliyevin şəkli, "Azərbaycan İlhamla irəli" sözləri yazılıb.

1news.az:Азербайджанский министр покорил высочайшую вершину Антарктиды

news.day.az: На Южном полюсе водружен флаг Азербайджана

 

 

Elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ilk "Azərbaycan-Antarktida" ekspedisiyası

Yanvar 2010

Qərb Universitetinin təsisçisi, fəxri prezidenti, eləcə də Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun rəhbərliyi ilə And dağlarına (Argentina) ilk Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyduğu bütün məsələlərin öhdəsindən gələrək öz işini uğurla başa çatdırmışdır. Ekspedisiya üzvləri Akonqaqua zirvəsinə (6962 m) Azərbaycan milli bayrağını, ümummilli lider Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının şəkli və "Azərabycan – Yeni zirvələrə doğru İlhamla irəli” yazısı olan vimperlər qaldırmışlar. Həmçinin zirvədə azərbaycan və ingilis dillərində yazılan "2010 Azərbaycanda ekologiya ili - Yaşıl dünya naminə” transporantları açılmışdır.

İlk Azərbaycan Afrika Ekspedisiyası

Avqust 2010

 

10 avqust 2009-cu il tarixində Qərb Universitetinin təsisçisi, fəxri prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi I Azərbaycan-Afrika ekspedisiyası Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə istiqamət götürdü. Ekspedisiya "Azərbaycan, yeni zirələrə doğru İlhamla irəli” şüarı altında həyata keçirilib. Kilimancaro Afrika qitəsinin ən hündür dağ massividir və Tanzaniyanın şimal-şərq hissəsində yerləşir. Uhuru zirvəsi (5895 metr) isə Kilimancaro dağındakı Kibo vulkanının ən hündür nöqtəsidir ki, bu da dünyanın ən yüksək "Yeddi zirvə”sindən biridir. Kilimancaro dağı ekvatora yaxın yerləşdiyindən zirvəyə qalxan hər kəs burada dünyada mövcud olan bütün iqlim növlərini hiss edə bilər.

Azertag.az: ПЕРВАЯ АЗЕРБАЙДЖАНСКАЯ ЭКСПЕДИЦИЯ В АФРИКУ НАЧАЛА ВОСХОЖДЕНИЕ НА ГОРУ КИЛИМАНДЖАРО

Azertag.az:BİRİNCİ AZƏRBAYCAN-AFRİKA EKSPEDİSİYASI UĞURLA BAŞA ÇATMIŞDIR

Qərb Universiteti İdman Klubu "Heydər Zirvəsi" 2011