Uğurlu karyeranın təməli!

Riyaziyyat və Kompyuter texnologiyaları

Kafedranın qısa tarixi:

Riyaziyyat və kompyuter texnologiyaları kafedrası 1992-ci ildən yaradılmışdır.

Kafedranın fəaliyyəti:

1992-ci ildən fəaliyyət göstərən kafedra və aşağıda göstərilən ixtisaslar üzrə mütəxəssis hazırlayır:

Bakalavr pilləsi üzrə: " Kompyuter mühəndisliyi" və " İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi"

Magistr pilləsi üzrə: "İqtisadi informatika" və "Kompyuter sistemləri və şəbəkələri"

Doktorantura pilləsi üzrə: "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi"

Kafedranın "Multiservisli kommuni­ka­siya şəbəkələrinin analizi üçün proqram vasitələrinin yaradılması, Ekonometrik modellərinin qurulmasında riyazi üsullardan istifadə olunması və müəyyən qarışıq məsələlərin həllinin kəmiyyət və informativ təhlili” mövzusunda elmi tədqiqat işi yerinə yetirilir.

2015-ci ilin noyabr ayının 13-də müəllimlərin fəal iştirakı ilə "İnformasiya texnologiyalarının tədrisə tətbiqi"mövzusunda Respublika elmi-praktik konfransı keçirilmişdir. Müxtəlif ali məktəblərdən, AMEA-nın institu­t­­larından və İT şirkətlərindən nümayəndələr öz məqalələri ilə çıxış etmişdir. Konfransın gedişi mediya və TV vasitəsilə işıqlandırılmışdır, eləcə də nəticələri QU-nin Elmi Xəbərlərində çap olunmuşdur.

Kafedra müdiri: p.ü.f.d., dos. R.C.Hacıyeva

Ünvan: Qərb Universiteti əsas bina (İstiqlaliyyət 27)

Tel: 492-61-63 (14)

e-mail:

Müəllimlərin siyahısı

Tədris olunan fənnlərin siyahısı

2015-2016-cı tədris ili üçün məsləhət saatları

2015-2016-cə tədris ili üçün iş planı