Uğurlu karyeranın təməli!

Hüquq və humanitar fənlər

Kafedranın qısa tarixi:

27 iyun 2010 – cu ildə Qərb Universitetinin Elmi Şurasının 12 saylı protokolu ilə Hüquq və Humanitar fənlər kafedralarının birləşdirilməsi əsasında yeni "Hüquq və humanitar fənlər ” kafedrası yaradılmışdır. Kafedranın tərkibi genişlənmiş, dərs yükündə humanitar fənlərin tədrisi nəzərdə tutulmuşdu. Kafedranın tərkibi yeni müəllimlərin cəlb edilməsi nəticəsində dosent, elmlər namizədləri də daxil olmaqla, 15 nəfərdən ibarət olmuşdur. Dərslər azərbaycan və rus dillərində aparılır.

Kafedranın fəaliyyəti:

Dərs yükündə nəzərdə tutulan və təsdiq edilən fənlər mövcud proqramlara uyğunlaşdırılır;

- Qış və yay sessiyası üzrə imtahan sualları hazırlanır, təsdiq edilərək imtahan mərkəzinə təhvil verilir. İmtahanların nəticələri müəllimlər tərəfindən vaxtında yoxlanılır;

- Kafedrada tələbələrin elmi iş ilə məşğul olmasına, referat işlərinin vaxtında hazırlanmasına, nəzarət və köməklik göstərilir. Tədris planında nəzərdə tutulan istehsalat təcrübəsi ilə bağlı tələbələrlə görüş keçirilir və təcrübələrin keçirilməsinə nəzarət edilir;

- Dövlət imtrahanlarına və buraxılış işlərinə hazırlıq üçün kafedra müəllimlərinin məsləhət saatları hazırlanır və tələbələrlə mütəmadi görüşlər keçirilir;

- Bundan savayı "Hüquq və humanitar fənlər” kafedrasının müəllimlərinin açıq dərsləri keçirilir və bu dərslər kafedra iclaslarında müzakirə edilir. Kafedranın iclaslarında tədris prosesi ilə bağlı digər məsələlərə də baxılır;

Tədris olunan fənlərin siyahısı

Müəllimlərin siyahısı

2015-2016-cı tədris ili üçün iş planı

2015-2016-cı tədris ili üçün məsləhət saatları

Çap edilmiş dərs vəsaitləri və məqlələr:

1. Şahtaxtinskaya Faidə - "Ümumi psixologiya” dərs vəsaiti;

2. Əhmədova Elnarə "Davranışın tipləri” məqalə;

Kafedra müdiri: dosent Mirələm Ağa

Ünvan: Qərb Universiteti əsas bina (İstiqlaliyyət 27)

Tel: 492-74-18 (15)