Tələbəmiz Beynəlxalq Çempionatda II yeri qazandı!

Tələbəmiz Beynəlxalq Çempionatda II yeri qazandı!

15-18 dekabr 2016-cı il tarixlərində Türkiyənin Antalya şəhərində Avropa Muay Tay Federasiyasının təşkilatçılığı ilə, Beynəlxalq Açıq Antalya Kuboku keçirilib.

20 ölkədən 300-dən artıq idmançının iştirak etdiyi yarışa, Türkiyə, Azərbaycan, İran, Yunanıstan, Gürcüstan, Fələstin, Rusiya və Polşa komanda şəklində, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Litva, İraq, Qazaxıstan, Tayland, Almaniya, Haiti, Pakistan və Bolqarıstanın isə fərdi şəkildə qatılıblar.

Milli komandamız bu yarışda 17 idmançı ilə təmsil olunub.

17 idmançıdan biri olan, Qərb Universitetinin İdman Klubunun üzvü Mustafayev İlkin, İranlı və Yunan rəqibini məğlub etdikdən sonra finalda II yeri qazanmışdır.

Tələbəmizi təbrik edir və uğurlar arzulayırıq!

Qərb Universiteti idman klubunun üzvü Mustafayev İlkinin də payı olduğu ümumi komanda hesabında milli komandamız 4 qızıl, 8 gümüş və 5 bürünc medalla II yeri qazanıb.

 

MƏTBUATDA:

AzNews.az: Qərb Universitetinin tələbəsi gümüş medal qazandı

QafqazInfo.az: Qərb Universiteti üçün önəmli qələbə

Moderator.az: Qərb Universiteti idman klubunun üzvü beynəlxalq çempionatda II yeri qazandı

Sia.az: Qərb Universiteti idman klubunun üzvü beynəlxalq çempionatda II yeri qazandı!

PressDay.az: Qərb Universitetinin tələbəsi gümüş medal qazandı

AzerTaym.az: Qərb Universitetinin idman klubunun üzvü beynəlxalq çempionatda ikinci yeri qazanıb