Təlim Mərkəzi

Təlim Mərkəzi Qərb Universiteti strukturasınınmühüm hissəsidir. Təlim mərkəzi yüksək keyfiyyətli təlim kurslarını təqdim edir.

·Biznes şirkətləri və kiçik biznes şirkətlərinin təhlili, biznes ehtiyaclarının müəyyən olunması və problemlərinin həlli, eləcə də qərarın qəbul olunma prosesinin artırılması və bazarda rəqabətinin artırılması bacarıqlarına yiyələnməsində yardım edir.

·Bir sıra şəxslərə iş və ya akademik fəaliyyətinin artırması, onların professional karyerada inkişaflarına kömək edir.

Bizim strateqiyamız kommersiya bazarında dəyişən ehtiyacları qarşılamaqdır.

Azərbaycanın biznes şirkət və təşkilatların dəyişən ehtiyaclarını qarşılamaq məqsədi ilə, Qərb Universiteti daima öz təlimçilərinin və ümumilikdə təlim heyətinin bacarıqlarının yenilənməsi və təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq və milli səviyyədə təlimlər keçirdir.

Təlimin keyfiyyətinin artırılması və tələbələrə real imkanlara yiyələnmək məqsədi ilə daima olaraq xarici mütəxəssisləri dəvət edərək müasir vasitələr üzrə təlimlər təşkil edilir.

Təlim mərkəzinin 20-dən çox xüsusi təlim otağı, o cümlədən 30 və 100 nəfərlik iki konfrans zalları da var.

Mərkəz həmçinin yerüstü proyektorlar, audio və vizual materiallar, böyük ekran, müasir "Multimedia" kompüter, dil, biznes, maliyyə, idarəetmə üçün CD-ROM-lar və digər texniki avadanlıqlar ilə təchiz olunub.

Təlim Mərkəzi AIOC, Bakı İşadamları Şurası və digər ictimai təşkilatlar ilə Azərbaycan Respublikası Nazirlər Kabineti işçilərinin tərəfindən tərtib edilmiş müqaviləni imzalayıb.