İkili Diplom Proqramı - UBIS

Fəxr ilə bildirmək istəryirik ki, 2016-cı il sentyabr ayından etibarən Qərb Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tətqiqatlar Universiteti (UBIS) ilə birgə əməkdaşlıq nəticəsində yeni MBA proqramını təklif edir.

UBIS Cenevrədə yerləşən beynəlxalq akkreditasiya olunmuş universitetdir, həmçinin London və Vaşinqtonda kampüsləri vardır. UBIS MBA Programı EDUQUA, Biznes Təhsili üzrə Avropa Şurası və Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunub.

MBA proqramı öz sahələrində böyük təcrübəyə malik olan UBİS və Qərb Universitetinin mütəxəssisləri tərəfindən tədris olunacaq.

Həmçinin, tələbələr Cenevrədə qısamüddətli yay məktəbində iştirak etmə imkanını əldə edəcəklər.

MBA proqramı qərar qəbulunun yaxşılaşdırılması, funksional biznes bacarıqlarının təmini və tələbələrin analitik, kommunikasiya, problem həlli və liderlik qabiliyyətlərini inkişafına zəmin yaradacaq.

 

MBA proqramı marketinq, satış, mühasibat uçotu, maliyyə, insan resursları, müştəri xidmətləri və ictimaiyyətlə əlaqələr sahəsində biliklərin artırılmasına yol açır. 

 

Dərəcə: İkili - dərəcə MBA

Müddət: 2 il

Kredit: 120 ETCS / 48 US credits

Dil: İngilis dili

Kampus: İçəri Şəhər

Başlanğıc tarixi: 15 Sentyabr və ya 5 fevral

ÜSTÜNLÜKLƏR:

·İki ilə iki magistr dərəcəsi

·Axşam dərsləri işləyən tələbələr üçün vaxtın səmərəli istifadəsinə imkan yaradır

·100% İngilis dilini mənimsənilməsi

·Təcrübə yönümlü proqram, simulyasiya və birgə layihələrə cəlb imkanı

·Sənayedə böyük təcrübəyə malik olan professional müəllimlər,

·Yüksək karyera imkanları

·Cenevrədə yay məktəbi

·Münasib təhsil haqqı

Proqramın təqvimi

I Semestr

·Biznes İngilis dili

·Biznes Psixologiyası

·Təşkilati Davranış

·Biznes Administrasiyası

·İqtisadiyyat

·Marketing

·Layihə menecmenti

·Maliyyə Bazarları və Qurumları

II Semestr

·Beynəlxalq İR menecmenti

·Logistika və təchizat zəncirinin idarəedilməsi

·İdarəetmə Uçotu

·Korporativ Strategiya

·Tədqiqat metodologiyası

·Cenevrədə yay məktəbi

III Semestr

·İnvestisiyaların idarə olunması

·Vergiqoyma

·Korporativ maliyyə

·Korporativ Sosial Məsuliyyət

·Web strategiyalar

IV Semestr

Magistr diplom işinin yazılması və müdafiəsi

Qərb Universiteti güclü akademik və tədris təcrübəsinə malik, öz sahələrində mütəxəssis olan yüksək səviyyəli müəllim heyətini cəlb edir. Beynəlxalq təcrübəyə malik, tədrisdə səriştəli peşəkar müəllimlər MBA tələbələrə təşkilatların idarə olunmasında lazımı bacarıqların mənimsənilməsinə imkan yaradır.

Ross Douglass

Magistr

20 illik iş təcrübəsinə malikdir

Emin Teymurov

Şimali Amerika Universiteti (bakalavr)

Amerikan Universiteti (magistratura)

Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin Beynəlxalq Münasibətlər dərəcəsi üzrə doktoru

Aygün Rəhimova

Nottingham Trent Universiteti

İnsan resurslarının idarə edilməsi

Bakıda BP ofis

Pərviz Hacıyev

İstanbul Universiteti, TÜRKİYƏ/İqtisadiyyat üzrə doktorantura

İstanbul Universiteti, TÜRKİYƏ / Maliyyə üzrə MBA

BAYCORP SA-da MDB ölkələri üzrə menecer İstanbul/ TURKİYƏ

Biz bütün dünyadan olan tələbələrin ərizələrini qəbul edirik. Proqramın beynəlxalq xüsusiyyəti qlobal mobillik istəyən insanlar üçün çox əlverişlidir. Qərb Universitetinin Beynəlxalq əlaqələr ofisi xarici tələbələrə Azərbaycanda geniş imkanlar təklif edir. Biz burada onlara təltif almaqda və Qərb Universitetində təcrübə əldə etməkdə kömək edirik.

·İnteqrasiya turu

·Konsultasiya xidmətləri

·Yerləşdirmə

·İşlə təmin olunmaya köməklik

Ətraflı məlumat üçün Beynəlxalq əlaqələr ofisi iro@wu.edu.az e-mail vasitəsilə əlaqə saxlayın.

 

Tələbələr

Namizədlər İngilis dili üzrə B1səviyyəsində yaxud IELTS 6.0 lazımdır.

Bütün namizədlər qəbul müsahibəsindən keçirlər.

Əgər siz MBA proqramına daxil olmaq istəyirsinizsə, ərizə formasını doldurub aşağıdakı sənədlərlə birlikdə mba@wu.edu.az e-mail adresinə göndərin.

·Bakalavr diplomunun nüsxəsi və transkript

·2 şəkil

·IELTS/TOEFL sertifikatı

·Ümumvətəndaşpasportun nüsxəsi

 

 

Ərizə üçün son müraciət tarixi 5 Sentyabr (I qəbul) və ya 20 Yanvar (II qəbul)