Uğurlu karyeranın təməli!

Magistratura

1996-ci ildə TASIC proqramı çərçivəsində magistratura təsis edilməklə Qərb Universiteti Azərbaycanda magistr səviyyəsində professional təlim təklif edən ilk universitetlərdən biri oldu. Magistr proqramları tələbələrin müxtəlif ictimai və özəl xidmətlər sahəsində karyera inkişafı üçün tələb olunan bilik və qabiliyyətlərini artırmaq məqsədilə yaradılmışdır.

2016-ci ilin sentyabr ayından etibarən Qərb Universiteti İsveçrənin UBİS Universiteti ilə əməkdaşlıq çərçivəsində ikili diplom MBA proqramı (double degree MBA) fəaliyyətə başlayıb.Proqram çərçivəsində həm Qərb Universitetinin, həmdə İsveçrənin UBİS Universitetinin diplomunu əldə etmək mümkündür.

Son 5 ildə Universitetdə təhsil alib magistraturanı bitirmiş tələbələrin dinami-kasının təhlili göstərir ki, ölkəmizdə iqtisadi sahələrdə aparılan islahatlar siyasi və ictimai inkişafa təkan verir. Bu isə öz növbəsində yüksək ixtisaslı kadr hazırlığını tələb edir. Bu cür qlobal problemin həlli üçün Qərb Universitetində ənənəvi iqtisadiyyat istiqamətləri ilə yanaşı politologiya, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, ekoloji menecment və sabit inkişaf, xarici dil və digər ixtisaslar üzrə magistrların hazırlığı başlamışdır.

Mühüm məsələlərdən biri kadr hazırlığını həyata keçirmək üçün istiqamətlər üzrə tədris prosesini təmin edən elmi-pedaqoji kadrların cəlb edilməsidir. Tədris prosesində müəllim-professor heyəti çoxsaylı informasiya təminatını təchiz edən avadanlıq və texnikadan, müxtəlif əyani vəsaitlərdən istifadə edirlər. Bu işdə olanların aldıqları təhsil də yardımçı rolunu oynayır. Belə ki, öz işlərinə sadiq olan peşəkar mütəxəssis və təcrübəli alimlərin çoxu öz elmi dərəcələrini Avropa ölkələrində və ABŞ-da almışlar. Bundan əlavə müəllim heyətinin tərkibində ABŞ-dan, Böyük Britaniyadan, Fransa, Almaniya və Kanadadan dəvət olunmuş xarici müəllimlər, mədəniyyət xadimləri, jurnalistlər, iş adamları da vardır.

Qərb Universitinin kitabxanası magistrlərın ixtiyarına verilmişdir. Kitabxanada onlara müxtəlif formatlarda-kitablar, jurnallar, video və audio yazılar, rəqəmli məlumat bazarları və internet-bilik informasiyalar təklif edilir. Kompüter mərkəzi universitetin magistrlərini elmi-tədqiqat və tədris məqsədləri üçün kompüter və internet xidmətləri ilə təmin edir. Mərkəzin kompüter laboratoriyasindaki personal kompüterlər uyğun proqramlarla təchiz olunub. Universitetin bütün əməkdaşları ilə yanaşı magistrlər mərkəzin təklif etdiyi imkan və xidmətlərdən istifadə edə bilirlər.

Bunlardan əlavə bəzi fakütələrin nəzdində ixtisaslaşdırılmış laboratoriyalar var ki, bunlar da tələbələrə spesifik proqramlarla işləmək imkanı yaradır. Magistrlərımız Universitetin həyatında daha çox fəal iştirak edirlər. Belə ki, onlar universitetdə keçirilən müxtəlif mədəni və ictimai tədbirlərdə iştirak edir, istər respublika ali məktəbləri arasinda keçirilən, istərsə də beynəlxalq intelektual və iqtisadi oyunlarda, olimpiyadalarda iştirak edərək nailiyyətlər əldə etmişlər.