İş Təcrübəsi

Adı: Diplomqabağı təcrübə

Səviyyə: Bakalavriat

Tədris ili: IV kurs, II semestr

Başlanma tarixi: 16 fevral

Davamlılıq müddəti: 14 həftə

Keçirilmə müddəti: Bazar ertəsi-Cümə (hər gün), gündə təxminən 6 saat

AKTS: 21

Təcrübə tələbələrə dərsdə öyrəndiklərini real iş şəraitində tətbiq etmək, həmçinin professional mühitdə bilik qazanmaq və əməkdaşlıq etmək imkanı yaradan böyük fürsətdir.

Təcrübə dövrü ərzində universitetin müvafiq şöbəsi tərəfindən təyin olunmuş elmi rəhbər hər bir tələbənin fərdi tapşırıqları, nizamlılığı və iş fəaliyyəti barəsində işə götürənlə əlaqə saxlayır.

Qərb Universitetinin Karyera Mərkəzi tələbələri zəngin iş təcrübəsi ilə təmin etmək və onların karyera perspektivlərini yüksəltmək məqsədilə çoxsaylı özəl və ictimai təşkilatlarla əməkdaşlıq edərək əlverişli qarşılıqlı əlaqələr yaratmışdır.

Əksər tələbələr təcrübə müddətini müvəffəqiyyətlə tamamladıqdan sonra tam iş günü müddətinə işə alınırlar.

Təcrübə başa çatanda tələbə Universitetin təcrübə komissiyasına rəsmi hesabat verməlidir. Hesabat tələbənin işlədiyi sahə haqqında məlumatı və onun təəssüratlarını əhatə edir.

Qeyd:

- Təcrübəçilərə pul ödənilmir;

- Təcrübəçilər fəaliyyət, davamiyyət və hesabatın təqdimatına görə 100 ballıq cədvəl üzrə qiymətləndirilirlər.

Tələbələrin təcrübə keçməsi üçün təşkilatlara təyin olunması onların təlim aldıqları ixtisasa uyğun olaraq Nazirliklərin, müxtəlif şirkətlərin, bankların, firmaların, elmi-tədqiqat mərkəzlərinin rəhbərləri tərəfindən verilən razılığa əsasən həyata keçirilir. Aşağıda göstərilən təşkilatlara mütəmadi olaraq məktublar göndərilmir və onlarla müqavilələr bağlanılır:

- Milli Məclis;

- AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

- AR Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi;

- AMEA -nın Tarix İnstitutu;

- AMEA-nın Ədəbiyyat İnstitutu;

- AMEA-nın Dilçilik İnstitutu;

- AMEA-nın Fəlsəfə İnstitutu;

- Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyi;

- Psixi Sağlamlıq Mərkəzi;

- Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu;

- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası;

- Azərbaycan Xalça Muzeyi;

- Azərb.Dövlət Musiqi Mədəniyyəti Muzeyi nəzdində Niyazinin Ev muzeyi;

- Rabitə və Yüksək Texnologiyalar NazirliyininYüksək Texnologiyalar Parkı;

- Zamin Bank;

- İçərişəhər tarix muzeyi;

- QU-nin nəzdində Tam Orta Məktəb;

- Ateliyer YANA;

- Zərdabi LTD MMC;

- AR Dövlət Neft Emalı Şirkəti H.Əliyev adına Neft Emalı zavodu;

- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi Kosmik Cihazqayırma Təcrübi Zavodu;

- "Zirvə” Təhsil Mərkəzi;

- Dəmir Bank;

- "Azpetrol LTD” MMC;

- "Your Travel” səyahət agentliyi;

- Central Park;

- Qafqaz Travel MMC;

- Marine Plaza MMC;

- Əmrah Bank;

- Azərbaycan Beynəlxalq Bankı;

- "Beynəlxalq Dəniz Ticarət Limanı” QSC;

- ParaBank;

- Nikoyl Bank;

 

Artıq ənənəvi bir haldır ki, Qərb Universitetində oxuduğu müddətdə çalışqan, özünə qarşı tələbkar, seçdiyi ixtisasın incəliklərinə dərindən yiyələnən, elmi və ictimai işlərdə fəal olan məzunlarımız Universitetimizdə işə cəlb olunurlar. Bu mənada aşağıda adları çəkilən məzunlarımız Universitetdə işləmək hüququ qazanmışlar:

- Mövsümova Aliyə (2002);

Nuriyeva Səidə (2003);

- Əliyeva Lalə (200);

- Orucəliyev Orxan (2003);

- Vəliyeva Sofiya (2004);

- Əliyeva Bənövşə (2006);

Müslümova Gülnar (2008);

- Əsgərova Aytac (2009);

- Nuriyeva Aliyə (2009);

- Süleymanov Naim (2014);

- Cəfərov Orxan (2014).