İstehsalat təcrübəsi

Adı: Elmi-pedaqoji təcrübə

Səviyyə: Magistratura

Tədris ili: II kurs, II semestr

Başlanma vaxtı: 16 fevral

Davamlılıq müddəti: 4 həftə

Keçirilmə müddəti: həftədə 4 gün, gün ərzində təxminən 3 dərs

AKTS: 8

Elmi-pedaqoji təcrübədə tələbələr müvafiq fakultənin mühazirələrində iştirak etməli, həmçinin aidiyyəti sahə üzrə biliklərinin artırılması və tədris bacarıqlarını mənimsəmək məqsədilə bakalavrlara sınaq dərsləri keçməlidirlər.

Adı: Elmi-tədqiqat təcrübəsi

Səviyyə: Magistratura

Tədris ili: I kurs, II semestr

Başlanma vaxtı: 2 iyul

Davamlılıq müddəti: 4 həftə

AKTS: 8

Elmi-tədqiqat təcrübəsinə əsas və köməkçi mənbələrdən əldə olunmuş informasiyalar, məlumatların toplanması və təhlili, magistrlik dissertasiyasının mövzusuyla əlaqədar elmi rəhbərlə müzakirələr daxildir.

Qeyd:

- Tələbələr təcrübə dövrünün sonunda hesabat təqdim etməlidirlər;

- Tələbələr təşəbbüskarlıq, davamiyyət və proqramın yerinə yetirilməsinə görə 100 ballıq cədvəl üzrə qiymətləndirilirlər.

Tələbələrin təcrübə keçməsi üçün təşkilatlara təyin olunması onların təlim aldıqları ixtisasa uyğun olaraq Nazirliklərin, müxtəlif şirkətlərin, bankların, firmaların, elmi-tədqiqat mərkəzlərinin rəhbərləri tərəfindən verilən razılığa əsasən həyata keçirilir. Aşağıda göstərilən təşkilatlara mütəmadi olaraq məktublar göndərilmir və onlarla müqavilələr bağlanılır:

- Milli Məclis;

- AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

- AR Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi;

- AMEA -nın Tarix İnstitutu;

- AMEA-nın Ədəbiyyat İnstitutu;

- AMEA-nın Dilçilik İnstitutu;

- AMEA-nın Fəlsəfə İnstitutu;

- Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyi;

- Psixi Sağlamlıq Mərkəzi;

- Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu;

- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası;

- Azərbaycan Xalça Muzeyi;

- Azərb.Dövlət Musiqi Mədəniyyəti Muzeyi nəzdində Niyazinin Ev muzeyi;

- Rabitə və Yüksək Texnologiyalar NazirliyininYüksək Texnologiyalar Parkı;

- Zamin Bank;

- İçərişəhər tarix muzeyi;

- QU-nin nəzdində Tam Orta Məktəb;

- Ateliyer YANA;

- Zərdabi LTD MMC;

- AR Dövlət Neft Emalı Şirkəti H.Əliyev adına Neft Emalı zavodu;

- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi Kosmik Cihazqayırma Təcrübi Zavodu;

- "Zirvə” Təhsil Mərkəzi;

- Dəmir Bank;

- "Azpetrol LTD” MMC;

- "Your Travel” səyahət agentliyi;

- Central Park;

- Qafqaz Travel MMC;

- Marine Plaza MMC;

- Əmrah Bank;

- Azərbaycan Beynəlxalq Bankı;

- "Beynəlxalq Dəniz Ticarət Limanı” QSC;

- ParaBank;

- Nikoyl Bank;

Artıq ənənəvi bir haldır ki, Qərb Universitetində oxuduğu müddətdə çalışqan, özünə qarşı tələbkar, seçdiyi ixtisasın incəliklərinə dərindən yiyələnən, elmi və ictimai işlərdə fəal olan məzunlarımız Universitetimizdə işə cəlb olunurlar. Bu mənada aşağıda adları çəkilən məzunlarımız Universitetdə işləmək hüququ qazanmışlar:

- Mövsümova Aliyə (2002);

- Nuriyeva Səidə (2003);

- Əliyeva Lalə (200);

- Orucəliyev Orxan (2003);

- Vəliyeva Sofiya (2004);

- Əliyeva Bənövşə (2006);

- Müslümova Gülnar (2008);

- Əsgərova Aytac (2009);

- Nuriyeva Aliyə (2009);

- Süleymanov Naim (2014);

- Cəfərov Orxan (2014).