Uğurlu karyeranın təməli!

Distant təhsil nədir?

Distant (Məsafədən) təhsil nədir?

Distant təhsil –müəllimlə birbaşa əlaqə olmadan, təhsil müəssisələrindən istənilən məsafədə yerləşərək (evdə, işdə, tədris mərkəzlərində) təhsil ala bilmək imkanıdır. İnternet Texnologiyalarının tətbiqi ilə Distant təhsil təhsil alanın ixtisasına və fərdi tələbatına əsaslanan professional təhsilin müasir universal formasıdır.Eyni zamanda öyrəncilərə fərdi xüsusiyyətlərinə uyğun olaraq peşəkarlıq səviyyələrinin artırılmasına imkan yaradır.Bu təhsil prosesində tələbə müəyyən vaxt ərzində interaktiv rejimdə tədris-təcrübi materialları öyrənir. İnternet və digər kommunikasiya vasitələrinin köməyi ilə müəllimlərin rəhbərliyi altında yoxlama işlərini yerinə yetirir, testləşmədən keçir.

Distant (Məsafədən) təhsilin aktuallığı

Hal-hazırda Distant təhsil təhsilin sürətlə inkişaf edən formalarından biridir. Web serverlərin və müasir kompyuterlərin proqram təminatının mövcud olan imkanları qlobal şəbəkə vasitəsilə təhsil ala bilmək üçün interaktiv proqramların yaradılmasını mümkün edir. İnternet texnologiyalarına əsaslanan Distant təhsil öz imkanlarını genişləndirir və ona beynəlxalq internet şəbəkəsi və televiziya, konkret öyrətmə texnologiyalarının sintezini əks etdirən perspektiv təhsil sistemi kimi baxılır.

Bu yeni təhsil forması potensial öyrəncinin geniş dairəsi üçün biliyin paylanmasının intensifikasiyasına imkan yaratmaqla yanaşı, yeni bilik və texnologiyaların istehlakçıları arasında təhsilin bazar mühitini formalaşdırır.