Xərclər

Xərclərə hazırlıq, materialların hazırlanması, paylanması və çatdırılması, inzibatıi və kommunikasiya xərcləri və s. aid etmək olar. Xərclərin bir hissəsi birbaşa tələbələrin sayından, bir hissəsi tədris materiallarının həcmindən asılıdır, bəzi xərclər isə dərs kursunun hazırlanması və keçirilməsi çərçivəsində müəyyən edilmiş əlavə xərclərdən ibarətdir. Xərclərin vacib xüsusiyyətlərindən biri də tədris prosesinin bir saata və bir tələbəyə çəkilən xərclərin fiksə edilmiş və dəyişən münasibətidir. Aydın məsələdir ki, bu xərclər tələbələrin sayı artıqca aşağı düşür ki, bu da hazırlanmış kursun təkrar tədrisini və eyni zamanda çox sayda tələbələrə tədrisin təşkilini iqtisadi cəhətdən əlverişli edir.