Doktorantların və dissertantların attestasiyası

Doktorantlar və dissertantlar ildə bir dəfədən az olmamaq şərtilə , attestasiyadan keçməlidir- lər. Attestasiyanın keçirilm müddəti Universitet rəhbərliyi tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.

Doktoranturada fərdi iş planını yerinş yetirən və elmi-tədqiqat işini bitirən şəxslər

"Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.

Doktoranturada təhsil doktorantın (dissertantın) fərdi iş planı əsasında həyata keçirilir.

Doktorant (dissertant) elmi rəhbərinin də iştirak etdiyi kafedra iclasında cari il ərzində yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini təqdim edir. Doktorant (dissertant) eyni zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir. Elmi rəhbər isə hesabat müddəti ərzində doktorantın (dissertantın) fəaliyyətinə qiymət verməlidir. Attestasiya keçirildikdən sonra fərdi iş planı imzalanır və kafedranın müzakirə protokolundan çıxarışla birlikdə müvafiq şöbəyə təqdim edilir. Kafedra tərəfindən attestasiya aşağıdakı kimi qəbul edilir:

·Attestasiya olunsun(nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilib və növbəti ildə təhsilini davam etdirməsi tövsiyə olunur).

·Şərti olaraq attestasiya olunsun(nəzərdə tutulan işlərin müəyyən hissəsi yerinə yetirilibvə kafedra tərəfindən müəyyən edilmiş müddət ərzində tam həcmdə yerinə yetirilməsi tələb edilir).

·Attestasiya olunmasın(üzürlü olmayan səbəblər nəzərdə tutulan işlər yerinəyetirilmə mişdir).

Doktorantın (dissertantın) fərdi iş planının yerin yetrilməsinə kafedra tərəfindən müntəzəm olaraq nəzarət edilir.

Universitet rəhbərliyi doktorantlara fərdi iş planının yerin yetirilməsində , zəruri avadanlığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində yardım göstərməlidirlər.

Attestasiya adətən hər il dekabr ayında keçirilir. Attestasiya doktorantın (dissertantın) təhkim olunduğu kafedrada keçirilir. Doktorant (dissertant) və onun elmi rəhbəri cari il üçün nəzərdə tutulan planın yerin yetirilməsi haqqında hesabat verir və növbəti il üçün nəzərd tutulan elmi fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verir. Attestasiyanın nəticəsi kafedranın iclas protokolunda əksini tapmalıdır. Kafedranın iclas protokolundan çıxarış və doktorantın hesabatı müvafiq şöbəyə təqdim olunmalıdır.

Universitet rəhbərliyinin xüsusi icazə olmadan illik təhsil haqqını ödəməyən doktorant və dissertantlar attestasiyalara buraxılmır, doktorantura və dissertanturadan xaric edilir.

Üzürsüz səbəblərə görə fərdi iş planını yerin yetirməyən, təhkim olunduğu kafedra ilə əlaq saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric olunur.