Uğurlu karyeranın təməli!

Doktorantura haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 sentyabr 2011-ci il tarixli 143 saylı qərarına əsasən Qərb Universitetində doktorantura şöbəsi fəaliyyətə başlamışdır.

Qərb Universitetində fəlsəfə doktoru proqramı üzrə aşağıdakı ixtisaslara qəbul həyata keçirilir:

3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi;

5301.01 - Daxili fiskal siyasət və dövlət maliyyəsi;

5310.01 - Dünya iqtisadiyyatı;

5708.01 - German dilləri;

5718.01 - Dünya ədəbiyyatı;

5901.01 - Beynəlxalq münasibətlər;

6217.01 - Texniki estetika və dizayn;

5312.01 - Sahə iqtisadiyyatı.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti isə 4 ildir. Dissertanturada da təhsil müddəti 4 ildir.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Universitetin doktorantlarına müvafiq ixtisaslar üzrə respublikanın aparıcı elm xadimləri rəhbərlik edirlər. Onların sırasına f.e.d., prof. İlham Məmmədzadə, i.e.d., prof. Qüdrət Əbdülsəlimzadə, fil.e.d., prof. Qorxmaz Quliyev, fil.e.d., prof. Azad Məmmədov, tex.e.d., prof. Nadir Ağayev və digərləri daxildirlər.