Dissertasiya mövzuları və elmi rəhbərləri haqqında qərar

Universitetin Elmi Şurası doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya qəbul olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir.

Doktoranturaya qəbul haqqında qərarın ( əmrin) surəti doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işəgötürən arasında olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır.

Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası Universitetə təqdim edilir.

Müxtəlif ixtisasları əhaət edən mövzular üzr elmi tədqiqatlar apararkən doktoranta iki elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə doktoru (elmlər namizədi) ola bilər.

Bir elmi rəhbərə təhkim olunan doktorantların sayı 5 nəfərdən artıq olmamaq şərtilə , Universitetin Elmi Şurası tərəfindən müəyyən olunur və rəsmiləşdirilir.

Doktoranturada təhsil müddətində doktorant Universitetin Elmi Şurası tərəfindən təsdiq edilmiş fşrdi iş planı əsasında fəaliyyət göstərir.