Uğurlu karyeranın təməli!

Qəbul qaydaları

Doktoranturaya və dissertanturaya qəbul qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2011-ci il tarixli qərarına uyğun olaraq doktoranturaya və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (Qərb Universitetinin rektorunun adına);

- kadrların şəxsi qeydiyyat vərəqəsi;

- tərcümeyi-hal;

- iş yerindən xasiyyətnamə;

- 3 ədəd fotoşəkil (3x4 ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada tədiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

-şəxsiyyəti təsdiq edən sənədin surəti;

Doktoranturaya fəlsəfə doktoru poqramı üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, fəlsəfədən və xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Dissertanturaya qəbul müsahibə yolu ilə keçirilir.

Doktoranturaya sənədlərin qəbulu 2014-cü il il sentyabrın 29-dan oktyabrın 18-dək, qəbul imtahanları 20 oktyabr – 20 noyabr tarixlərində keçirilir.

Təhsil haqqı müqavilə əsasında müəyyən edilir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 31

Tel: (+99412) 492 61 63; 492 74 18 (14)

Fax: (+994 12) 4926701

e-mail: administration@wu.edu.az