Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinə qoyulan tələblər

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinə qoyulan tələblər

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraqaşağıdakıtələblərdən birinə cavab verməlidir:

·Dissertasiyada müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həlli təklif olunur;

·Böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilir.

Dissertasiyaların Tərtibi Qaydaları

- Dissertasiyanın strukturu:

·Üz vərəqi;

·Mündəricat;

·İxtisarların siyahısı (dissertasiyada varsa);

·Giriş ;

·Əsas hissə (dissertasiyanın məzmunu);

·Nəticə ;

·İstifadə edilmiş ədəbiyyat;

·Əlavələr;

Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir. Kompyuterdə dissertasiyaların mətni Times New Roman -14 şriftləri ilə çap olunmalıdır. Dissertasiyanın mətni boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol boş sahə – 30 mm, sağ– 10 mm, yuxarı və aşağı –20 mm. Fəlsəfə doktoru dissertasiyasının həcmi 100-150 səhifə ( şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi 20-30% artıq ola bilər.

Dissertasiyanin Avtoreferatı

Avtoreferatda dissertasiyanın əsas ideyaları və nəticələri şərh olunmalı, onun yenilik dərəcəsi və tədqiqatın nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda müəllifin şəxsi töhfəsi göstərilməlidir.

Dissertasiyasının avtoreferatı bir çap vərəqi (16 səhifə ) həcmində ( əsərlərin siyahısı və xülasələr istisna olmaqla), mətni A5 formatda (210x148 mm) boş sahələrin ölçüləri gözlənilməklə çap edilir: sol, sağ, yuxarı – 15 mm, aşağı boş sahə – 20 mm; sətirlərarası interval – 1, şriftin ölçüsü – 11 olmalıdır. Avtoreferatda dissertasiyada mövcud olan şrift tətbiq edilməlidir.