Qərb Universiteti Debat Klubu

Qərb Universiteti Debat klubu könüllü gənclər klubudur.Qərb Universiteti Debat Klubu öz ətrafında ali təhsil universitetlərin intelektual gənclərini özündə birləşdirməkdir. Universitetimizdə mövcud olan fərqli klublar var.

21-ci əsr tələbələrində ritorika, məntiq və auditoriya qarşısında çıxış kimi hallar gənclərin ən həyacan verici qorxusu olduğu nəzərə alınaraq Qərb Universitetində Debat Klubu təsis edildi. Klub hal-hazırda beynəlxalq münasibətər və diplomatiya sahəsinə ciddi maraq göstərən, Dil və dilçilik, iqtisadiyyat və s. bölmələrdə təhsil alan tələbələrin əsas maraq obyektini təşkil edir.

Klub əsasən gənclərin və tələbələrin ritorik bacarıqlarını, məntiqi və strategiyalı davranışını, auditoriya qarşısında həyacansız çıxış etməyini və əsasda öyrəndiyi bilikləri başqa bir şəxslə debat aparmaq xüsusiyyətini təkmilləşdirir.

Klubun əsas məqsəd və vəzifələri:

- Debat aparmağa olan marağın artırılması;

- Tələbələrdə auditoriya qarşısında həyacansız çıxış aparma bacarığının təkmilləşdirilməsi;

- Tələbələrdə Azərbaycançılıq hisslərinin aşılanması və doğma dilimizdə debatların aparılmasının təbliği və təkmilləşməsi;

- Klub tələbələrin debatı öyrənməsi üçün 3 gün təlim təşkil edirki tələbələr debat sirlərini daha dərindən mənimsəsin;

- Klub hər sezon qış və yaz olmaqla 2 dəfə universitet daxilində daxili turnir təşkil edir;

- Klub şərait yaradır ki, daxili turnirlərdə qalib gələn komanda universiteti digər universitetlər arasında yarışaraq təmsil etsin;

Natiqli, ritorika sahəsinə marağı olan hər bir gənc kluba qoşula və klub tərəfindən keçiriləcək bütün yarış və tədbirlərdə iştirak edə bilər;