Uğurlu karyeranın təməli!

Qərb Universiteti Diplomat klubu

Qərb Universiteti Diplomat klubu könüllü gənclər klubudur.Qərb Universiteti Diplomat Klubu öz ətrafında ali təhsil məktəbərinin beynəlxalq münasibətlər, beynəlxalq hüquq və diplomatiya sahəsi ilə bağlı digər fakultələrində təhsil alan tələbə, magistr, məzun və diplomatiya ilə maraqlanan intelektual gəncləri özündə birləşdirməkdir. Universitetimizdə mövcud olan müxləlif klublar var. Dipomatiya ilə maraqlanan gəncləri özündə birəşdirən klub olmadığı üçün belə bir klubun yaranmasına böyük ehtiyacın duyduğunu nəzərə alınaraq Qərb Universitetində Diplomat Klubu təsis edildi.

Klub hal-hazırda beynəlxalq münasibətər və diplomatiya sahəsinə ciddi maraq göstərən, Tələbələrin mövqeyini və cəmiyyətin maraqlarını müasir baxışlara uyğun əks etdirən intellektual gəncləri ətrafında birləşdirərək, onların müasir dəyərlərə, beynəlxalq münasibələrin xüsusiyyətlərinə, diplomatiyanın incəliklərinə yiyələnməsində köməkçi funksiyasını öz üzərinə götürmək niyyətindədir. Klub müntəzəm olaraq beynəlxalq münasibətlər, beynəlxalq təhlükəsizlik və diplomatiya sahəsini əhatə edən mühüm və aktual mövzularla bağlı konfranslar, elmi-təcrübi tədbirlər, seminarlar, və debatlar keçirəcək.

Klubun əsas məqsəd və vəzifələri:

- Klubun məqsədi tələbələrdə diplomatiya olan marağın artırılmasına kömək etməkdən ibarətdir:

- Qədim və müasir diplomatiya tarixini, onun inkişaf mərhələlərini öyrənmək və ətraflı təhlil etmək:

- Azərbaycanın beynəlxalq münasibətlərdə iştirakı, diplomatiyasi və xarici siyasətini öyrənmək və təhlil etmək:

- Gənclərin humanizm, demokratiya dəyərləri və insan hüquqlarına hörmət prinsipləri əsasında maarifləndirilməsi işini təşkil etmək:

- Universitetlərdə beynəlxalq münasibətlər, beynəlxalq hüquq və diplomatiya sahəsində təhsil alan tələbələr arasında qarşılıqlı münasibətlərin yaradılması və tələbələrin inkişafı naminə əlaqələr yaratmaq və birgə elmi konfranslar təşkil etmək:

Diplomatiya, siyasət sahəsinə marağı olan hər bir gənc kluba qoşula və klub tərəfindən keçiriləcək bütün layihə və görüşlərdə iştirak edə bilər.

Klubun rəsmi Facebook qrupu: