Uğurlu karyeranın təməli!

Tələbə Elmi Cəmiyyəti

Elmi işlər kafedralar tərəfindən təşkil olunub Tələbə Elmi Cəmiyyətinə təqdim edilir. Tələbə Elmi Cəmiyyəti tələbə Təşkilatıdır. Onun sədri tələbələrin ümumi toplantısında tələbələr sırasından açıq səsvermə yolu ilə seçilir.

Tələbə Elmi Cəmiyyəti informasiya bülletenləri və qəzet nəşr etməklə tədqiqat işlərinin, müzakirələrin, elmi seminar və konfransların təşkilində aparıcı rol oynayır. Tələbə Elmi Cəmiyyətinin hər bir üzvü Qərb Universitetinin elminin inkişafına öz töhvəsini verir. Tələbə Elmi Cəmiyyətinin üzvləri ayda bir dəfə bir yerə toplaşır və özlərinin iş və konfransları barədə planlarını müzakirə edirlər.

Tələbə Elmi Cəmiyyətinin işinin başlıca prinsipi tələbələrin illik elmi-praktik konfransını hazırlayıb keçirməkdən ibarətdir. Tələbə Elmi Cəmiyyətinin üzvləri məqalələr, tezislər yazır və Azərbaycanın başqa Universitetlərindən gələn tələbələr üçün materiallar işləyib hazırlayırlar. Bundan əlavə ən yaxşı məruzələr seçilərək Respublika Tələbə Elmi Konfransına göndərilir və nəşr olunur.