Tələbə Gənclər Təşkilatı

Tələbə Gənclər Təşkilatı Universitet rektorluğu nəzdində məşvərətçi qurumdur. Tələbə Gənclər Təşkilatı universitetdə demokratik tələbə özünüidarəetmə sisteminin effektiv fəaliyyət göstərməsi, Universitet rektoru və tələbələr arasında sıx əlaqə yaratmaq, tələbələrin idarəetməyə cəlb edilməsi, onların hüquq və maraqlarının hərtərəfli (o cümlədən sosial) müdafiəçisi, onlarda təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcı öz fəaliyyətinin inkişafı, tədris prosesinin və elmi işin təşkili sahəsində müsbət təcrübənin ümumiləşdirilib yayılması, tədris prosesində neqativ halların qarşısının alınması, ali təhsil müəssisələ-rində əmək və tədris intizamının gücləndi-rilməsi məqsədilə yaradılib.

Tələbə Gənclər Təşkilatı öz səlahiyyəti çərçivəsində:

- tələbələr arasında sorğular keçirir, onların fikir və istəyini öyrənir;

- tədrisin təşkili və tələbələrlə bağlı olan rektorluğun normativ aktlarını tələbələrə izah etməklə onların həyata keçirilməsində fəal iştirak edir;

- tələbə həyatının spesifik problemləri barədə rəy və təkliflər verir;

- tələbələrin hüquq və maraqlarını (o cümlədən sosial) hərtərəfli müdafiə edir;

- qayda-qanunun pozulmasına imkan verən səbəbləri və şəraitləri aradan qaldırmaq barədə təkliflər verir və s.

Əlaqə:

Tel: (+994 12) 492 74 18

e-mail: info@wu.tgt.az

Qərb Universiteti Tələbə Gənclər Təşkilati Rəsmi Internet Resursu: www.wu.tgt.az

Facebook səhifəsi: http://facebook.com/wutgt

Facebook qrupu: http://facebook.com/group/wutgt

Twitter səhifəsi: http://twitter.com/wu_tgt