Tələbə Həmkarlar Təşkilatı

Tələbə Həmkarlar Təşkilatı tələbə Təşkilatıdır. Onun sədri tələbələrin ümumi toplantısında tələbələr sırasından açıq səsvermə yolu ilə seçilir. Tələbə Həmkarlar Təşkilatının sədri və həmin Təşkilatın üzvləri universitetin bütün ictimai işlərinə yaxından cəlb olunur və həmin tədbirlərdə fəal iştirak edirlər. Tələbə Həmkarlar Təşkilatı tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və onların mədəni səviyyələrinin yüksəldilməsi məqsədilə tədbirlər işləyib həyata keçirir.

Tələbə Həmkarlar Təşkilatı ayda bir dəfədən az olmayaraq öz iclasini keçirir və bu iclasda təşkilat üzvlərinin problemləri və eləcə də universitetdə tələbələrin təhsil, ictimai və s. məsələləri müzakirə edilir. Tələbə Həmkarlar Təşkilatı öz fəaliyyətini keyfiyyətli keçirmək məqsədilə kafedra müdirləri ilə birlikdə iclasın nəticələrini müzakirə edir problemlərin həlli üçün yollar axtarır. Tələbə Həmkarlar Təşkilatı tələbələrin idmana marağının artırılması, onların vaxtlarının səmərəli keçirilməsi üçün tədbirlər hazırlayır. Buna görə də, Universitetin basketbol komandasının Respublika çempionatı uğrunda mübarizəsi ərəfəsində Universitetin həmin basketbol oyunlarında fəal tamaşaçı kimi iştirakı üçün hər cür şərait yaradir.

Tələbə Həmkarlar Təşkilatı Universitetdə yaradılan tələbələrdən ibarət qruplar vasitəsi ilə uşaq evlərinə, internatlara baş çəkir, imkan daxilində maddi və mənəvi köməklik göstərirlər.