Uğurlu karyeranın təməli!

Qəbul qaydaları

Orta məktəb, litsey, gimnaziya və ya peşə kolleci məzunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent” jurnalının hər il may ayında dərc olunan sayında Qərb Universitetin adları qeyd olunmuş ixtisaslarından birinə qəbul üçün müraciət edə bilərlər.

Qərb Universitetinə tələbə qəbulu ümumrespublika test qəbul imtahanlarının nəticələrinə görə Tələbə Qəbul Komissiyasının əmri ilə həyata keçirilir. Qəbul qaydaları "Abituriyent” jurnalının illik may buraxılışında və ya TQDK-nın rəsmi internet səhifəsində www.tqdk.gov.az dərc olunur.

Qərb Universitetinin ingilis dilində tədris olunan ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qəbul imtahanlarından əvvəl ingilis dili səviyyələrinin qiymətləndirilməsi üçün Universitet tərəfindən təşkil olunan test imtahanı keçməlidir. İngilis dili testlərinin vaxtı "Abituriyent” jurnalının may ayında elan olunur.