Təqaüd

Tələbələr üçün təqaüdlər

Qərb Universiteti 3 növ təhsil haqqı təqaüdü təklif edir:

- Dövlət qəbulu imtahanlarından minimum 500 bal yığan azərbaycanlı tələbələr üçün təhsil haqqına güzəştlər. Bu təqaüd növü tədris proqramından asılı olmayaraq yalnız birinci tədris ili üçün nəzərdə tutulur.

Təqaüdün məbləği ali məktəblərə qəbul imtahanlarının nəticəsində tələbənin yığdığı yekun bala uyğun olaraq müəyyən edilir.

- Tədris semestrində bütün modullar üzrə "A” dərəcəsi alan tələbələr üçün təqaüd. Həmin tələbələr növbəti semestrin  təhsil haqqından azad olunurlar. Bu təqaüd növü bütün tələbələr üçün nəzərdə tutulur.

-Tədris semestrində bütün modullar üzrə "A” və "B” dərəcəsi alan tələbələr üçün təqaüd. Həmin tələbələrə növbəti semestr ərzində aylıq təqaüd verilir, Bu təqaüd növü də bütün tələbələr üçün nəzərdə tutulur.