Məzunumuz – Səidə Bərvarz (İbrahimova)

Məzunumuz – Səidə Bərvarz (İbrahimova)

Səidə Bərvarz (əvvəlki soyadı ilə İbrahimova) 1999-cu ildə Qərb Universitetini İqtisadiyyatın hüquqi tənzimlənməsi sahəsi üzrə Bakalavr dərəcəsini bitirib və ardından 2001-ci ildə Beynəlxalq Hüquq üzrə magistratura dərəcəsi əldə edib. O, Fransa və Nyu-Yorkda öz təhsilini davam etdirmişdir və Nyu-York və Texasda hüquq sahəsində fəaliyyət üçün ona lisenziya verilmişdir. əidə Barvarz hazırda BP-in Houston ofisində aparıcı Hüquq Müşaviri işləyir. Səidə xanım ingilis və fransız dillərini səlis bilir. Səidə Houstonda Azərbaycan diasporunun fəal üzvüdür, o Texas və Azərbaycan vətəndaşları arasında qarşılıqlı anlaşma, qiymətləndirmə və əməkdaşlığı təşviq edən təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Mərkəzinin idarə heyətinin üzvüdür. Qərb Universitetində bir tələbə kimi də o, tələbə cəmiyyətinin fəal üzvü idi, universitet xoruna qatılmış, tələbə bülleteninə töhfələr vermişdir.

O, bir komanda kapitanı kimi Phillip Jessup rəmzi məhkəmə prosesləri müsabiqəsinə qatıldı və sonra Qərb Universiteti tələbələrindən ibarət bir qrupun rəhbəri olaraq öz komandasını Vaşinqtondakı beynəlxalq rəqabət mərhələsinə daşıdı.

Biz onu təbrik edir və gələcək təhsil və karyerasında uğurlar arzulayırıq.