Aqrar sahədə ətraf mühitin mühafizəsi

Proqram: Aqrar sahədə ətraf mühitin mühafizəsi üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

 

Aqrar sahədə ətraf mühitin mühafizəsi üzrə magistr proqramı - aqrar və biologiya elm sahələrində mühüm yer tutan ekoloji problemlərin həllinə yönələn proqramdır. Ekoloq-alimlər ekoloji məsələlər və biomüxtəlifliyin qorunub-saxlanılması, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, enerji səmərəliliyinin artırılması, aqrar sahədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahələrində konkret cavablar və praktiki həlli yollarını axtarırlar. Proqram üzrə bu sahədə biliklərə yiyələnən və ekoloq kimi formalaşan magistrlar gələcəkdə tək aqrar deyil, həmçinin qlobal ekoloji problemlərin həllində mühüm elmi tədqiqatlar apara bilərlər.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-təbiəti mühafizə və bərpa sahəsinin problemlərinin təhlilində riyazi və alqoritmik üsullardan istifadə etmək;

-elmi-tədqiqat və elmi axtarışlar işini aparmaq;

-ekologiya elminin inkişafının əsas istiqamətlərinin aspektləri üzrə müstəqil təhlil aparmaq;

-fundamental və kompüter fənləri sahəsində dərin biliklərə əsaslanan riyazi modelləşdirilmə üsullarından istifadə etmək;

-öz elmi araşdırmalarının nəticələrini təqdim etmək;

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət orqanları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi), QHT-lər, şirkətlər, dəniz və balıqçılıq sənayesi və elmi-tədqiqat institutlarında öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Ekologiyanın müasir problemləri
- Ekologiyanın tarixi və metodologiyası
- İqtisadiyyatın fəlsəfəsi
- İxtisaslaşmaya ayrılan fənlər
- Mikro və makro iqtisadiyyat III səviyyə
- Ekoloji biznesin təşkili
- Ətraf mühitin monitorinqi
- Təbii ehtiyatların səmərəli istifadəsinin ekoloji problemləri
- Ətraf mühitə atılan tullantıların emalı
- Yanacaq-energetika kompleksinin yaratdığı ekoloji problemlər
- Kimya və neft-kimya sənayesinin ekoloji problemləri

Peşə hazırlığı üçün seçmə fənlər:

- Əkinciliyin inkişafı ilə yaranan ekoloji problemlər
- Aqrar sahədə ekoloji təmiz məhsul istehsalının aktual problemləri
- Heyvandarlıq təsərrüfatının ərazi təşkili və ərtaf mühitin mühafizəsi
- Kənd təsərrüfatı torpaqlarının istifadəsində yaranan ekoloji problemlər
- Aqroiqlim ehtiyatları və kənd təsərrüfatı
- Aqrokimya və ətraf mühitin mühafizəsi